Dünya düzəni dəyişir? - Elxan Şahinoğlu yazır
29-03-2023 [11:11]
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
***
Çin lideri Tsi Cinpinin martın 20-də Rusiyaya iki günlük səfəri və Kreml sahibi Vladimir Putinlə müzakirələri dünya mətbuatında hələ də müzakirə predmetidir.
Yanaşmalar müxtəlifdir. Bir qisim düşünür ki, Rusiya Çinlə Qərbə qarşı birgə mübarizə aparacaqlar. Digərləri isə hesab edir ki, Çinlə Rusiyanı yalnız anti-Qərb siyasəti birləşdirir, bu iki ölkənin milli və təhlükəsizlik maraqları üst-üstə düşmür.
Bunda həqiqət ondan ibarətdir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğlaçı müharibəsini pisləməsə də, bunu təqdir də etmir. Digər tərəfdən Pekini Rusiya rəsmilərinin “nüvə silahından istifadə edə bilərik” kimi açıqlamaları narahat edir.
Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə başlıqlı raketlər yerləşdirəcəyi açıqlaması da Pekində narahatlıqla qarşılanıb. Buna baxmayaraq, Vaşinqtonun Rusiya ilə yanaşı Çinə qarşı da sərt siyasəti Pekinlə Moskva arasında məsafəni qısaldıb ki, əslində, bu amil Qərbin maraqlarına cavab verməməlidir.
Bu arada, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ikinci soyuq müharibənin birincidən daha təhlükəli olacağı barədə xəbərdarlıq edib. Henri Kissincerin sözlərinə görə, son qlobal iqtisadi və siyasi qarşıdurma zamanı rəqiblərin maliyyə və iqtisadi imkanları qeyri-bərabər olub və bu, ABŞ-ın qələbəsini təmin edib.
Ancaq keçmiş dövlət katibi bu qələbənin əridiyi fikrindədir. Kissincer hesab edir ki, Çin imkanları baxımından ABŞ-a çatıb. Vaxtilə ABŞ Çinlə yaxınlaşaraq bu ölkəni keçmiş SSRİ-dən daha da uzaqlaşdırmışdı. Çünki o illərdə dövlət katibi çalışan Kissincer hesab edirdi ki, ABŞ eyni zamanda həm SSRİ, həm də Çinlə mübarizə apara bilməz, bunlardan biri ilə normal münasibət qurmaq lazımdır. Vaşinqtonun bu siyasəti müsbət nəticələndi, SSRİ-nin dağılması buna sübutdur. İndi isə Vaşinqton həm Rusiya, həm də Çinə qarşı mübarizə aparır, bu isə ABŞ-ın imkanlarını tükəndirir.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kissincerlə eyni fikirdədir. Tramp hesab edir ki, Çinlə Rusiya dünya düzəninin yenidən qurulması üzərində birgə çalışırlar, bu isə ABŞ üçün təhlükədir.
Tramp buna misal olaraq Tsi Cinpinin Rusiyaya son səfərini və Kreml sahibi Vladimir Putinlə uzun müzakirələrini göstərib. Maraqlıdır ki, Trampın sözlərinə baxmayaraq, Çinlə Rusiyanın yaxınlaşmasında onun da günahı var. Çünki məhz Tramp prezident olduğu illərdə Çinə qarşı iqtisadi sanksiyalara üstünlük verib. Halbuki, Tsi Cinpin ABŞ-a səfər edərək Trampla dialoqu genişləndirmək istəyirdi. Alınmadı. Trampdan sonra prezident seçilən Co Bayden Çinlə dialoqu bərpa edə bilməyib.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər