CHP lideri Muhsin Yazıcoğlu ilə bağlı paylaşım edib: "Heç vaxt yanımdan ayırmayacam"

img

27-03-2023 [10:47]


Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu hazırda Ərdoğanın lideri olduğu Cumhur İttifaqının üzvü olan Böyük Birlik Partiyasının (BBP) qurucu sədri Muhsin Yazıcıoğlunun ölümünün 14-cü ildönümündə onun oğlu Fatih Furkan Yazıcıoğlu ilə çəkdirdiyi fotosunu paylaşıb.

Mia.az xəbər verir ki, Kamal Kılıçdaroğlu Tviter-dəki paylaşımında yazıb: "Muhsin Yazıcıoğlunu vəfatının 14-cü ildönümündə rəhmətlə anıram. Allah mənə ömür verdiyi müddətdə rəhmətliyin sevgili oğlu Fatih Furkanı heç vaxt yanımdan ayırmayacağım dəyərli silahdaşlarımdan biridir".

Kılıçdaroğlu daha sonra bildirib ki, mərhum Yazıcıoğlunun ölümüylə bağlı istintaqı birlkdə müsbət sonluğa  çatdıracaqlar.

Xatırladaq ki, partiya sədri 14 il əvvəl seçkidə müəmalıə vertalyot qəzasında həlak lub. Bundan sonra onun parttiyasına hazırda Cumhur İttifaqında təmsil olunan Mustafa Desteci sədr seçilib. Maraqlı budur ki, həmin vaxtdan Muhsin Yazıcoğlunun ailəsinin Desteci ilə münasibətləri kəskinləşib. Hətta Muhsin Yazıcoğlunun xanımı məhkəmə prosesində Destecini qovub. 

Bu arada Muhsin Yazıcıoğlunun oğlu Fatih Furkan Yazıcıoğlunun CHP-nin siyahısı ilə Sivasdan deputat seçkisinə qatılacağı xəbəri yayılıb.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR