ƏN BÖYÜK İSTƏYİM LAÇINA DÖNMƏKDİR"
21-03-2023 [18:25]
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon sektoru üzrə 32 saylı məktəbin direktoru, Laçınlı kreativ gəncimiz, dost övladı Samirə Həsənovanı doğum günü münasibətilə təbrik etmək istəyində ikən beynimdə gözəl şairimiz, professor Zahid Xəlilin aşağıdakı misraları dolandı:
Gözün aydın ay Laçın,
Gözün aydın, Həkəri!
Bəzən geri dönürmüş
Tarixin də təkəri.
...Və düşündüm ki, kaş o dönüşü Laçın rayonundan olan dostum, direktor həmkarım, qəlbi, ruhu Laçın həsrətli, mərhum Rafiq Həsənov da görəydi. Ancaq nə edək, görünür həyatın işi, tale payı belə imiş?!..
Allah Rafiq müəllimə rəhmət eləsin! Övladlarının canı sağ olsun! Onlar öz əməlləri, mükəmməl təhsilləri, yurd, Vətən sevgiləri ilə onun ruhunu şad edib, yolunu davam etdirirlər.
...Hələ Qarabağ vulkanı püskürməmişdi, ocağımızdan köz, bulağımızdan su götürən o nadanlarla birlikdə yaşayırdıq. Bir gün Rafiq müəllim İmişlidən olan dostu Həkimxan İmanovla qonağım oldu. Fikrini, gəlişini bilməyincə gəldiyi "ZİL" yük maşınına görə təəccüb etdim. Gecəni dost gəlişi ilə şənləndik.
Nə hiss etdisə:
– Səxavət müəllim, niyə soruşmursan bu yük maşını nədir?
Elə özü də cavabladı. Biz məktəbi daş kömürlə qızdırırıq. Sabah kömür alıb qayıdacağıq. Səhəri gün əziz dostumuza 5 ton daş kömür pay edib, onu böyük hörmət-izzətlə Laçına yola saldıq...
Əzizimiz Samirə xanım! Təbrik istəyi, xoş sözlər diləyində ikən peşəkar pedaqoq, tanınan və sevilən məktəb rəhbəri olmuş atanızla bağlı xatirələr qəlbimizdə dolandı. Onun nurlu siması həmişə bizimlədir. Var olun ki, ata yolunu belə uca tutaraq şərəflə davam etdirirsiniz.
Novruz günlərində dünyaya gəlib, bahar arzulu, bahar duyğulu, dəyərli Samirə xanım, Sizə arzu və istəyim çoxdur. İnşAllah, Laçına qayıdarıq. Siz öz doğma kəndinizdə, atanızın işlədiyi məktəbdə fəaliyyətinizi davam etdirərsiniz. Biz 30 ildən sonra dost qapısında qurban kəsərik! Fikirlərinizin birində demisiniz ki, ən böyük istəyim Laçına dönməkdir. Bu adi bir fikir, adi bir istək deyil. Ruhdan, qəlbdən gələn Vətən-Laçın sevgisidir! Alqış istəyinizə!
Uğurlarınızı, rəhbərlik etdiyiniz məktəbin təhsil göstəricilərini həmişə böyük sevgi ilə izləyirik. İctimai fəallığınız, peşəkar fəaliyyətiniz çox gözəldir.
Təhsilimiz həmişə Sizi kimi gənclərlə inkişaf yolunda olacaq.
YENİ YAŞINIZ MÜBARƏK! QƏLBƏN TƏBRİK EDİRİK!
Səxavət Tağlar,
Əməkdar müəllim.
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO