Deputatdan yeni məmurlara etiraz: ""Sən keçmiş nazirlə, yaxud icra başçısı ilə işləmisən" bəhanəsi ilə kimisə vəzifədən çıxarmayın"

img

17-03-2023 [16:34]


"Hansısa qurumda uzun müddət işləyən, fəaliyyət göstərən, kifayət qədər təcrübəsi olan insanları vəzifəyə gələn kimi işdən çıxarırlar"

Mia.az xəbər verir ki, bu sözləri deputatı Siyavuş Novruzov Milli Məclisin bugünki iclasında deyib.

O bildirib ki, yeni təyin olunanlar islahat deyəndə, ilk ağıllarına kadr dəyişikliyi gəlir.

Deputat yeni təyin olunan rəhbər şəxslərə xəbərdarlıq edib ki, yerinə təyin olunduqları şəxslə vaxtı ilə bir yerdə işləyənləri müxtəlif bəhanələrlə işdən azad etmək olmaz: "Bəyəm, əvvəlki nazir və ya icra başçısı ilə işləmək cinayətdir? Həmin insan da Azərbaycanda işləyib. Hansısa oğurluq və ya cinayəti olub işdən çıxarılırsa, bu, başqa məsələ. Ancaq illərini bir işə sərf edən gözləyir ki, onu işində irəli çəkəcəklər, amma yeni gələn rəhbər onu "sən keçmiş nazirlə, yaxud icra başçısı ilə işləmisən" deyərək heç nədən vəzifədən çıxarır".

Zülfiyyə

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR