Vüqar Rəhimzadə: "Bu qərar Fransanın riyakar simasının göstəricisidir"
15-03-2023 [09:54]
Fransa bu gün Cənubi Qafqazda sülh təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə zərbə vuran siyasət həyata keçirir. Artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin 30 ilə yaxın müddət ərzində sülh yolu ilə həll edilməməsinin əsas səbəblərindən biri də keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransanın tutduğu destruktiv mövqe olub. Ermənistan hərbi qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin altında Fransanın da imzası olmasına baxmayaraq bu ölkə qərəzli, ermənipərəst mövqeyindən heç vaxt əl çəkməyib. Beynəlxalq hüquqa hörmət etməyən Fransa dövləti işğalçı Hayastana və Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə dəstək verməklə əslində separatizmi təbliğ edir.
Rəsmi Paris Azərbaycanın tarixi Zəfəri və ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə də ölkəmizə qarşı riyakar siyasətini davam etdirir. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların taleyindən “narahat” olan Fransa nədənsə 300 min nəfərdən çox korsikalının həyatı, hüquqları üçün heç narahatlıq keçirmir. Azərbaycana qarşı həyasızcasına heç bir əsası olmayan iddialar irəli sürən Fransa Prezidenti Emmanuel Makron öz ölkəsində mövcud olan separatçıları terrorçu və ekstremist adlandırır. Amma məsələ Qarabağa və Azərbaycana gələndə “insan hüquqları”ndan dəm vurur. Bu yanaşma tarixi müstəmləkə siyasəti, soyqırımlar, qətliamlarla dolu olan Fransanın qanlı və riyakar simasının göstəricisidir.
Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Fransa hakimiyyətinin simasızlığını sübut edən faktlardan biri də Korsikaya yanaşmasıdır. Fransanın Korsika və başqa bir neçə bölgəsinin mərkəzləşdirilmiş dövlət sisteminə qarşı olmasına amansız münasibət göstərən rəsmi Paris festivallar keçirilməsi kimi elementar mədəni təzahürlərin reallaşmasına belə imkan vermir, qadağalar tətbiq edir. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi də bu siyasətin tərkib hissəsidir. Məlumat üçün qeyd edək ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyasının 2-ci maddəsinə ziddir. Bu qərar Korsikada böyük narazılıq yaradıb. Korsikalılar doğma dillərinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, onların dilinə də rəsmi status verilməsini tələb edirlər. Amma Fransa hakimiyyəti buna qarşı çıxaraq Korsika dilinin fransız dili ilə ortaq rəsmi dil olmasına imkan vermir. Hətta seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər etdiyi zaman Emmanuel Makron bildirmişdi ki, respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu, dəyişməməlidir. Bu mövqe Makron hakimiyyətinin nə qədər riyakar siyasət həyata keçirdiyini təsdiqləyir. Necə ola bilər ki, korsikalıların hüquqularını tanımayan, ölkədə fransız dilinin vahid dil olmasını müdafiə edən Makron Azərbaycana gələndə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün ayrıca hüquqlar tələb edir? Azərbaycanı utanmadan az qala “soyqırımı”nda ittiham edən Fransada bütöv bir xalqın adını və dilini qadağan edirlər. Öz ərazisində yaşayan etnik qrupların hüquq və azadlıqlarını təmin etməyən Makron hakimiyyətinin başqa dövlətlərdən yalan, saxta bəhanələrlə bunu tələb etməsi riyakarlıq deyilmi? Soyqırımına, qətliamlara, böyük dağıntılara baxmayaraq, Azərbaycan düşmənçilik səhifəsini çevirməyə çağırış edərək Ermənistana sülh təklif edib. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərə çağırış edərək ölkə Konstitusiyasında təsbit olunan hüquq və təhlükəsizliklərinin qorunacağına təminat verir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ümumiyyətlə, Fransa hakimiyyətinin insan hüquqlarının qorunmasından danışmağa mənəvi haqqı yoxdur. Fransada artıq gündəlik həyat tərzinə çevrilən insan hüquqlarının pozulması, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığı, islamofobiya, vətəndaşların sərbəst toplaşmaq azadlığına imkan verilməməsi ilə bağlı çoxsaylı faktları nə gizlətmək mümkündür, nə də danmaq. Dünya mediasının səhifələrini bəzəyən bu cür qanunsuzluqlar Fransasayağı demokratiyanın iç üzünü ortaya qoyur. Dünya arenasında nüfuzunu itirən Fransa başqa ölkələrin daxili işləri ilə bağlı məsələlərə münasibət bildirməkdənsə, yaxşı olar ki, öz vətəndaşlarına münasibətdə törətdiyi qanunsuzluqlarını aradan qaldırsın.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir