Azercell-in sponsorluğu ilə I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı keçirilib - VİDEO/FOTOLAR
10-03-2023 [21:46]
Tədbirdə şirkətin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya “Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edib
Azercell-in sponsorluğu ilə baş tutan "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" ətraf mühit, korporativ sosial məsuliyyət (KSM) sahəsində ən son tendensiyaları və imkanları müzakirə etmək üçün müxtəlif sektorlardan ekspertləri və sənaye liderlərini bir araya gətirib.
Mia.az xəbər verir ki, konfransın məqsədi bu sahədə ideyaların, ən yaxşı təcrübələrin mübadiləsi, multidissiplinar yanaşma əsasında KSM və biznes etika üçün geniş bir platformanın yaradılmasıdır.
Tədbirdə “Azercell Telekom”-un Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya “Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edərək, şirkətin rəqəmsal KSM siyasəti, həyata keçirdiyi layihələr, KSM-in Azərbaycanda və dünyada inkişafı perspektivləri və daha dayanıqlı cəmiyyətin qurulmasına verdiyi töhfə haqqında danışıb.
N. Şıxlinskaya tədimatında sağlam və təhlükəsiz cəmiyyət üçün İKT əsaslı innovativ xidmət və həllərin önəmli rolunu vurğulayıb: "Öz KSM strategiyasını şirkətin dəyərləri və “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədi üzərində quran Azercell bu günə qədər texnoloji mühitin inkişafına, inklüzivliyə dəstək olan çoxsaylı və genişmiqyaslı sosial layihələr həyata keçirib. Bunların sırasında günəş enerjisiylə çalışan “yaşıl” radio baza stansiyaları, “Uşaq Qaynar Xətti” və “Qadın Qaynar Xətti”, rəqəmsal kitabxana və audiokitablar toplusu, Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komandaya dəstək, qadınların İKT sahəsinə cəlb edilməsi, Tələbə Təqaüd və Təcrübə proqramları, həssas qruplara aid uşaq və yeniyetmələrin iştirakı ilə inklüziv cəmiyyətin qurulmasına yönəlik təşəbbüslər yer alır. Azercell 2022-ci ildə həyata keçirdiyi KSM layihələrə ümumilikdə 0.2 milyon ABŞ dolları sərf edib ki, bu göstərici 26 il ərzində 22.3 milyon ABŞ dolları təşkil edib".
Konfrans zamanı KSM və ESG-nin (ətraf mühit, sosial və idarəetmə məsələləri) cəmiyyətin inkişafına təsiri, dayanıqlı inkişafın və sosial məsuliyyətin təşviqində şirkətlərin rolu, kiçik və orta sahibkarlıq subyektləri və KSM, KSM və ESG sahəsində fəaliyyətin qiymətləndirilməsi, dəyişikliyə təkan vermək və müsbət nəticələrə nail olmaq üçün yeni metodlar mövzusunda müzakirələr aparılıb.
Ləman,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi