Lerikin icra başçısının 35-40 min başlıq heyvandarlıq təsərrüfatı

img

08-05-2014 [11:34]


Lerikin icra başçısı Rövşən Bağırovun heyvandarlıq təsərrüfatı var imiş. Bu barədə jam.az-a həmin təsərrüfatla yaxından məşğul olan işçilərdən biri məlumat verib. 

Onun bildirdiyinə görə, Rövşən Bağırovun olan sürünün 25 min doğar qoyunu var. Bu isə xırda buynuzlu heyvanların sayının orta hesabla 35-40 min baş olduğu deməkdir. Qışda Neftçaladakı "Xanqışlaq” ərazisində otlaqlara göndərilən sürüyə Xanoğlan Orucov adlı şəxs nəzarət edir. Yay aylarında isə Lerikdəki yaylaqlar icra başçısının göstərişinə əsasən çobanların ixtiyarında olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA