Təl-Əviv Tehranla toqquşmaya hazırlaşır - Bakı vasitəçiliyə can atır? (Təhlil)
27-02-2023 [14:33]
İsrail və Fələstin nümayəndə heyətləri bazar günü İordaniyanın Aqaba şəhərində bir araya gəlib.
Görüşdə ABŞ, İordaniya, Misir nümayəndələri də iştirak edib. Tərəflər keçirilən danışıqlarda etimadı bərpa etmək və yaranan problemləri dialoq yolu ilə həll etmək üçün tədbirlər görməyə razılaşıblar.
Nə baş verir?
İsrail ilə Fələstin arasında keçirilən Aqaba görüşü indiki məqamda mühümdür. Tərəflər uzun illər idi ki, bu səviyyədə bir araya gəlmirdi. Eyni zamanda tərəflər heç bir halda ortaq məxrəcə də gələ bilmirdi. Lakin Aqaba görüşündə uzun illər sonra ilk dəfə danışıqlarda etimadın bərpası yaranan problemləri dialoq yolu ilə həll etmək üçün tədbirlərin görülməsinə razılıq verildi.

Görüşdə ABŞ, İordaniya və Misir nümayəndələrinin iştirak etməsi isə onu deməyə əsas verir ki, tərəflər arasında Aqaba görüşünün ardı olacaq və bu tipli görüşlər bundan sonra da davam edəcək.
Hələlik yekun sülhdən danışmaq üçün tez olsa da verilən qərarlar sülhə yönəlikdir və effekti olacağı gözlənir.
İndiki məqamda İsrail ilə Fələstin arasında sülhün əldə edilməsi həm Təl-Əviv, həm də Vaşinqton üçün olduqca vacibdir. Məsələ ondadır ki, İran hazırda nüvə silahı əldə etməyə çox yaxındır və bu fakt öz növbəsində İsrail-İran toqquşmasının qaçılmaz olduğu deməyə əsas verir.
Prinsip etibarilə uzun müddətdir İran-İsrail arasında kölgə müharibə gedir, ancaq tərəflər hələ də açıq toqquşmaya keçməyiblər. Lakin Təl-Əviv hazırda buna hazırlaşır və ehtimal İran-İsrail müharibəsi fonunda Tehranın arxadan zərbə vurmasını istəmir. Rəsmi Tehran indiki məqamda İsrailə Livan və Fələstin üzərindən zərbələr vura bilər.
Vaşinqton və Təl-Əviv bunun qarşını almaq üçün Fələstinlə müvəqqəti sülhün əldə edilməsində qərarlıdır və bunun effektiv olması üçün Misir və İordaniyanın da vasitəçiliyini irəli sürürlər.
“Ərəb-İsrail” müharibəsi ssenarisi İranda tətbiq edilə bilər
Aydın məsələdir ki, İranın nüvə silahını əldə edə bilməsi Yaxın Şərqdə kartların yenidən paylanmasına səbəb olacaq. Məsələ ondadır ki, ABŞ regionda təkcə tərəfdaşı olan İsrailin nüvə silahına malik olmasını istəyir. Bu silahın İranda olması Vaşinqtonun özü üçün də əlavə risklər deməkdir.
Digər tərəfdən, ABŞ yaxşı bilir ki, İranın nüvə silahına sahib olması regionda nüvə yarışı başladacaq. Misal üçün, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələr də nüvə silahı əldə etmək istəyəcək.
Lakin Vaşinqtonun ehtimal İsrail-İran müharibəsində Təl-Əvivə birbaşa dəstək verəcəyi, müharibədə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil. Ümumiyyətlə bu məsələdə Vaşinqtonun daxilində ciddi fikir ayrılıqları var. Digər tərəfdən, ABŞ-ı Rusiya və Çin kimi böyük problemlər narahat edir.
Mümkündür ki, ABŞ belə bir müharibə olacağı təqdirdə birbaşa olmasa da dolayı yolla İsrailə dəstək verəcək. Misal üçün, 1967-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Vaşinqton müharibədə birbaşa iştirak etməsə də, Təl-Əvivə lazımi silah və maliyyə yardımı etmişdi.
Bakının proseslərdəki yeri

İsrail və Fələstin nümayəndə heyətlərinin bazar günü Aqaba şəhərində bir araya gəldiyi zaman Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsraildə səfərdə olması diqqət çəkir.
Bakı proseslərin mərkəzində olmasa da, kənar oyunçu kimi iştirak edir. Azərbaycan İsrail və Fələstin arasında uğurlu balans siyasəti aparır və hər iki tərəflə də isti münasibətləri var. Yəni Aqaba görüşündə İordaniya, ABŞ, Misir nümayəndələrinin iştirak etməsi onların birbaşa aktorlar olduğunu göstərir. Bakı isə proseslərin ikili görüşlər qanadını təşkil edir.
Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə yanaşı, kənd təsərrüfatı naziri İnam Kərimovun da İsraildə olması Bakının proseslərdəki yerini kamuflyaj etməsidir. Bunu həm də Tehranın ehtimal narazılığını bloklamağa hesablanan addım kimi qiymətləndirmək olar.
Turan Rzayev,
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı