Həm siyasətdə, həm də yeməkdəyiz
24-02-2023 [10:22]
Zülfiyyə Mustafayeva
Mia.az saytı
***
Nə yalan deyim, Azərbaycan Yüksəliş Partiyasını (AY Partiya) çox da izləmirəm. Partiya xəbərlərinə sadəcə, qarşıma çıxanda baxıram. Keçənlərdə qəşəng bir stol açıb, yıgışıblar. Qonaqlı-qaralı bərəkətli bir süfrəyə oturub hamı. Düzü, xoşuma gəldi.
Nöşün ki, Allah verəndən süfrəyə düzüb qonaq qəbul eləmək adətdəndi. Biz süfrəli, qonaq-qaralı adamlarıq. Süfrələrimizinn bəzəyi isə siyasət söhbətləridi. Hamı bilir ki, biz nəinki xoş günlərdə, hətta yas məsliclərində də siyasətdən danşmagı sevirik.
O gün yasda molla patı satanlardan danışıb, həbs olunanların sayını dedi. Narkotacirlərə lənət oxudu.
Biri mənə desin ki, yeyib-içmək məclisində siyasətdən, ölkədən, Qarabagdan danışmayıblar, Putini söyməyiblər, “Zelenski kişi adamdı”, deməyiblər.
Bizim arvadlar da siyasət adamıdı. Onlar da öz aralarında yıgışanda İran qadınların başını açması, quru yolların baglı olması, Rusiyada müharibə səbəbindən kişilərin ölkəyə qayıtmasının çətinliyindən danışa-danışa siyasətə girişiblər.
Hərçənd, partiyanın siyasət qonaqlıgında süfrəsi o qədər də bol olmayıb. Kabab-filan gözümə dəymədi. Olsun, varını verən utanmaz. Əsas odu, qonaq ac getməsin.
İnsafən demək lazımdı ki, indiyə qədər ictimai-siyasi görüşlər, dəyirmi masalar və bu kimi tədbirlərdə də ən azından yüngülvari atışdırmaqçün süfrəyə Allah verəndən qoyublar. Qarın dolusu yemək olmasa da, çox Şükür. Mən vallah, indən belə hətta ümidlənmişəm ki, jurnalistləri mətbuat konfransına çagıranda, yemək yeməmiş buraxmayacaqlar. İndidən razıyam, - söyləyim.
Yemək yeyə-yeyə söhbət eləmək adəti əcnəbilərdə də var. Xarici ölkə səfirlərindən biri ayda olmasa da, 3 aydan bir jurnalistləri evinə səhər yeməyinə çagırırdı. Səhər tezdən saat 7-də o süfrəyə elə ləzzətli təamlar düzürdülər ki, evində çay içməyə ərinən adam belə iştahını saxlaya bilmirdi. Elə o süfrədə ev yiyəsi sözünü çatdırır, məsləhətini verir, xəbərləri analiz edirdi.
Səhər yeməyində bizə hətta press-reliz paylayan da olub. Biz də ləzzətlə gözümüzü yumub yeyir, hər söhbətə başımızı razılıqla tərpədirdik: mübahisə edəcək halımız yox ki! Adam süfrə açıb. O sosiskanın 40 il xətri var, - demişlər.
AY Partiyanın o səfirlərdən nəyi əksisdi ki! Hətta mən deyərdim ki, AY Partiya yemək məsələsində daha təcrübəli və haldan anlayan davranıb. Niyə? Çünki səhər yeməyi söhbətlərinin bərəkəti yoxdu. Adam yuxudan ayılan kimi mədəsini agır yükləyir, sonra yuxu basır, deyiləni də yaxşı qavramır. O yeməkdən sonra ancaq yatmaq istəyırsən. Başına ideya-filan da gəlmir.
Amma bizim partiya heç səhər tezdən adama elə əziyyət verərmi? Əsla!
Ona görə deyirəm ki, siyasətdə də, yeməkdə də bizə tay yoxdu.
Nuş olsun!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər