“TuranBank”ın kollektivi Heydər Əliyev Mərkəzində!

img

06-05-2014 [18:12]


 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "TuranBank”ın kollektivi Heydər Əliyev Mərkəzinə səfər ediblər.

 Bankdan Mia.az-a daxil olan məlumata görə, kollektiv mərkəzdə Ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla yaxından tanış olublar: "Xalqımızın ən çətin və ağır günlərində onlunla birgə olmuş, Azərbaycan dövlətçiliyinin xilaskarı Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkil, qısametrajlı sənədli filmlər kollektivimizdə böyük təəssürat doğurdu. Bankın əməkdaşları bir daha əmin oldular ki, Ümummilli Lider Heydər Əliyev daim Azərbaycan xalqının, dövlətinin mənafeyinə xidmət etmiş, vətənimizin bütövlüyü, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün  fədakarlıqla çalışmışdır.

 Sonda Heydər Əliyev Mərkəzi önündə xatirə şəkilləri çəkdirilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA