Azərbaycan neftinin dünya bazarlarına çıxarılması bərpa olunub
12-02-2023 [17:49]
Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılan Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Türkiyənin Ceyhan terminalında tankerə yüklənməsi bərpa olunub.
Mia.az xəbər verir ki, bu barədə "BP Azerbaijan" şirkəti məlumat yayıb.
Bildirilib ki, Türkiyədəki zəlzələ ilə bağlı BTC-nin Türkiyə hissəsinin və Ceyhan terminalının operatoru olan “Botas International Limited” (BIL) şirkəti tərəfindən Ceyhandan neftin daşınması dayandırılmışdı. Çünki zəlzələ nəticəsində ziyan dəymiş estakadalardan birində neft sızması aşkarlanmışdı.
BP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlının sözlərinə görə, dəyən ziyan qiymətləndirilib, lazımi təmir işləri aparılıb və sınaqlardan sonra yanalma qurğularının tam təhlükəsiz olmasına əmin olan operator neftin sonradan dünya bazarlarına göndərilməsi üçün tankerə yüklənməsini bərpa edib.
Qeyd edək ki, Ceyhandan daşımaların dayandırılmasına baxmayaraq, Azərbaycan neftinin BTC ilə nəqli davam edirdi. O, Ceyhan terminalının sisternlərində saxlanmaq üçün təhvil verilib.
BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud olan saxlanc çənlərinə doldurulur.
Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir.
Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi