Nazir Samir Şərifovun icra başçısı ilə sövdələşməsi

img

05-05-2014 [17:20]


Maliyyə naziri Samir Şərifovun hərəkəti Ağcabədi rayon sakinlərini təəccübləndirib. Məsələ ondan ibarətdir ki, Ağcabədi rayonunda baş verən maliyyə pozuntuları, tender oyunları, eləcə də icra başçısına və onun yaxın ətrafına məxsus olduğu iddia olunan obyektlərin maliyyə fəaliyyətinin nyoxlanılması tələbi ilə maliyyə naziri Samir Şərifova ünvanlanmış şikayətləri araşdırmaq üçün nazir icra başçısının özünə göndərib. Ağcabədi rayon Avşar kənd sakini Quliyev Bulud İnqilab oğlu Maliyyə Nazirliyinin əməkdaşlarının Ağcabədi rayonunda apardığı yoxlamalarda iştirak etmək üçün yoxlama komissiaysının rəhbəri Rüfət Mehdixanlı ilə görüşür. R.Mehdixanı ona bildirir ki, komissiyasının apardığı yoxlamalarda iştirak etmık üçün Maliyyə nazirinə müraciət etməlidir. Bulud Quliyev də Maliyyə naziri Samir Şərifova müraciət edir. Həmin müraciətində Bulud Quliyev Ağcabədi rayon sakinlərini narahat edən maliyyə fırıldaqlarından bəhs edir. Ancaq vətəndaşın müraciəti araşdırılmaq və onun tələbinə münasibət bildirmək əvəzinə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov həmin müraciəti araşdırılmaq üçün Ağcabədi rayon icra hakimiyyətinə göndərir. Maliyyə Nazirliyinin bu addımı rayon sakinlərində təəccüb doğurub və onlar artıq bu qurumun rayonda apardığı yoxlamanın obyektivliyinə şübhə edirlər. Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizəyə başladığını xatırladan Bulud Quliyev Maliyyə naziri Samir Şərifovdan dövlət başçısının siyasətinə uyğun davranmağı tələb edir. 

Ağcabədi rayon sakimni Bulud Quliyev müxtəlif dövlət orqanlarına müraciət edərək rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədovun fəaliyyətinin yoxlanılmasını tələb edir. Şikayətçinin Prezident İlham Əliyev, Baş prokuror Zakir Qaralov, Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Vergilər naziri Fazil Məmmədov, Maliyyə naziri Samir Şərifov, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev və Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin rəisi Vidadi Məmmədova ünvanlanmış müraciətində icra başçısna və onun birinci müaviniə aid olduğu obyektlərin adları sadalanır və onların yoxlanılması xahiş olunur. İddialar görə, Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki "lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi icra başçısı Şahin Məmmədova məxsusdur. Bundan başqa icra başçısı Alman qəsəbəsinin yerinin 5 hektarını rəsmiləşdirib,ələ keçirməkdə, yerdə qalan ərazsini də icarə adı ilə öz nəzarəti altına almaqda ittiham edilir. İddia olunur ki, adları sadalanan bu obyektlər icra başçısı Şahin Məmmədovla onun birinci müavini Rövşən Əhmədova məxsus ticarət, iaşə, isteahsal və heyvandarlıq təsərrüfatının yalnız bir qismidir. Şikayətçi iddia edir ki, icra başçısı Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədova məxsus obyektlər vergidən yayınırlar və bu proses 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsinin rəisi Elçin Kazımovun himayəsi ilə həyata keçirilir. Ağcabədi rayon Avşar kənd sakini Bulud Quliyev dövlət rəsmilərinə etdiyi çoxsaylı müraciətlərin onun özünün iştirakı ilə yoxlanılmasını tələb edir.

Ağcabədi rayonundan redaksiyamıza daxil olan başqa bir məlumatda bu rayonda baş verən maliyyə fırıldaqlarından danışılır. Bu məlumat ətrafında apardığımız araşdırmanı növbəti saylarımızda oxuya biləcəksiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA