Əhalinin yarıdan çoxunun kredit borcu var - STM sorğu keçirdi (NƏTİCƏLƏR)
26-01-2023 [10:55]
Mərkəzi Bankın 30 noyabr 2022-ci il tarixinə olan məlumatına əsasən, bankların kredit portfeli il ərzində 3 milyard manat və ya 18.1% artaraq 19.7 milyard manat təşkil edib.
Mia.az xəbər verir ki, hesabat dövründə bankların kredit portfelində artım əsasən istehlak və ipoteka kreditlərinin artmasından qaynaqlanıb.
Belə ki, dövr ərzində kredit portfelinin tərkibinin əhəmiyyətli hissəsini (56%) təşkil edən biznes kreditlərində artım 12.7% və ya 1.2 milyard manat olduğu halda, istehlak kreditləri üzrə 27.7% və ya 1.2 milyard manat, ipoteka kreditləri üzrə isə 21.9% və ya 0.5 milyard manat qeydə alınıb. Bundan əlavə, ilin 11 ayı ərzində bank müştərilərinin sayı 1.1 milyon nəfər və ya 0.9% artaraq 13.6 milyon nəfərə (99%-i fiziki şəxslər olmaqla) çatmışdır.
Mövzunun aktuallığını nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi ev təsərrüfatlarının kredit borcuna dair məlumatları öyrənmək məqsədilə növbəti rəy sorğusunu keçirib. Qeyd edək ki, burada kreditin istehlak, ipoteka, kommersiya və digər növləri üzrə təyinatından asılı olmayaraq, ümumi dəyərləndirmə aparılıb. Əldə olunan nəticələrin ilkin təhlilinə görə, “Özünüzün, yaxud ailə üzvünüzün hazırda kredit borcunuz varmı?” sualına iştirakçıların 57.7 %-i “bəli”, 42.0%-i “xeyr” cavabı verib.
Nəticələrə əsasən, dövlət sektorunda işləyənlərin 75.3%-i özünün və ya ailə üzvünün kredit borcunun olduğunu bildirib. Bu göstərici özəl sektorda (muzdlu) işləyənlər üzrə 60.5%, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar üzrə 53.0% təşkil edib. Nəticələri respondentlərin yaşayış məntəqəsinin növü üzrə nəzərdən keçirdikdə, kənddə yaşayanların 48.7%-i, şəhərdə məskunlaşanların 61.3%-i özünün və ya ailə üzvünün kredit borcu olduğunu ifadə edib.
Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Zülfiyyə,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi