"Azərfon" və "Bakcell"in istifadəçiləri təhlükədə!; Xidmət dayandırıla bilər - MİLYONLUQ QALMAQAL

img

03-05-2014 [18:14]


Rabitə Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin «Azərfon» (Nar mobile) «Bakcell» şirkətlərinə qarşı məhkəmə savaşı davam edir.

Mia.az bildirir ki, hər iki mobil şirkət nazirliyin «Aztelekom» İstehsalat Birliyinə olan borclarını ödəməkdən yayınıblar.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, göstərilən səbəbə görə Rabitə Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri Əli Abbasovun göstərişi  ilə hər iki şirkətə qarşı məhkəmə iddiası qaldırılıb. Artıq adıçəkilən şirkətlərə qarşı şikayətə birinci instansiya məhkəməsində baxılıb. Hazırda borclar dəbbə pulundan bəhs edən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində iclaslar var.

 Mia.az bildirir ki, "Aztelekom” İB-in "Azərfon” MMC- qarşı borc və vurulmuş zərərin alınması, "Bakcell LTD” MMC- qarşı isə dəymiş ziyanın və dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində may ayının 1- baxılması nəzərdə tutulsa da, həmin günü hər iki iclas təxirə salınıb. Yəni həmin günü milyonluq məhkəmə iddiası üzrə qətnamə çıxarılmayıb: «İstehsalat Birliyinin «Azərfon»a qarşı şikayəti may ayının 22- hakim Həmid Həmidovun, «Bakcell»ə qarşı isə mayın 15-də hakim Cahangir Yusifovun sədrliyi ilə baxılacaq».

 Məlumatda o da bildirilir ki, hər iki şirkətin «Aztelekom»a borcu ölkədaxili və beynəlxalq danışıqlar zamanı birliyin ötürücülərindən istifadəyə görə qanunla nəzərdə tutulmuş ödəmələri bu günədək həyata keçirməmələrindən yaranıb: «Sözügedən şirkətlərin abunəçilərinin danışıqları «Aztelekom»un nəzarətində olan ötürücü stansiyalar tərəfindən həyata keçirilir. Müqaviləyə əsasən, bu zaman hər danışıq dəqiqəsinə görə birliyə pul ödənilir. Həm «Azərfon», həm də «Bakcell» isə bu pulu ödəməkdən yayınırlar. Ona görə də məhkəmə mübahisəsi ortaya çıxıb».

 «Aztelekom»un mütəxəssisi mia.az-a onu da bildirib ki, borcun məhkəmə vasitəsiylə ödənilməsi gecikdiriləcəyi təqdirdə «Aztelekom» müqavilə öhdəliyinə uyğun olaraq, hər iki şirkətə ötürücü xidmətini dayandıra bilər: «Əlbəttə, bu zaman həm "Nar”, həm də «Bakcell»in istifadəçiləri çətin vəziyyətdə qala bilərlər. Buna görə, «Aztelekom» hələ ki belə sərt tədbirə əl atmaq niyyətində deyil. Çünki bu halda, eyni zamanda, digər mobil şirkətlər də problemlə üzləşə bilərlər».

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA