Dindarlar 20 Yanvar faciəsinin ildönümü ilə bağlı birgə bəyanat yaydı
18-01-2023 [11:08]
Dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı birgə bəyanat yayıblar.
Mia.az xəbər verir ki, bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikoronov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.
Bəyanatda deyilir:
"Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur, mənəvi iftixar mənbəyi və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına xalqımızın ehtiramı daimidir.
Dövlət müstəqilliyi hər bir xalqın qürur mənbəyi, şərəf tarixidir. 20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev bütün təqiblərə baxmayaraq doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını sərt ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova ünvanladığı açıq ittiham məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider, habelə dini rəhbərin qətiyyətli mövqeyi xalqı, heç şübhəsiz, daha artıq səfərbər etdi. Bir milyondan artıq insan hərbi rejimin qəddarlığına sinə gərərək, təqiblərdən, ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərini milli adət-ənənələrimizə uyğun şəkildə müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, bizi müstəqilliyə aparan yolun əsasını qoyan 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin milli mücadilə tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi, bu şərəfli yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi olaraq həkk olundu.
Erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin - Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu., müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyi ilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı.
Multikultural Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 Yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olmuşlar. Azərbaycanın tarixi dini mərkəzi - Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyalar hər zaman birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişlər. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən övladları ilə fəxr edir. Şəhidlərimiz, qazilərimiz, qəhrəman övladlarımız bizim qürur mənbəyimizdir!
Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinə, eləcə də Azərbaycanın ərazi bütövlüyü və milli müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, qazilərə şəfa diləyirik. Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, bütün Vətən şəhidlərinin əziz ruhlarını anır, Ulu Rəbbimiz, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.
Uca Allah Vətən şəhidlərinə rəhmət eləsin! Amin!".
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər