YAP funksioneri: "Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməsi əsas hədəflərdəndir"
17-01-2023 [17:09]
"Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin bu ölkənin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı və çıxışı iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurlu inkişafına işıq saldı. Qeyd etmək yerinə düşər ki, Əbu-Dabi Davamlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək, iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün Birləşmiş Ərəb Əmirlikləri və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur. Gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti tərəfindən ev sahibliyi edilən Əbu-Dabi Davamlılıq Həftəsi üç prinsip əsasında yaradılıb - Qlobal əməkdaşlıq və liderlik, İqtisadi inkişaf, texnologiya və İnnovasiya. Qeyd edilən istiqamətlərdə Azərbaycanın malik olduğu imkanlar, liderliyi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Müasir dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran Azərbaycan yeni texnologiyaların tətbiqi şəraitində iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir, iqtisadiyyatımızın onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sektorunda mühüm uğurlara imza atır. Bu gün bu reallığı da böyük inamla qeyd edirik ki, Azərbaycan neft, qaz, həmçinin elektrik enerjisi ixracatçısıdır".
Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
O bildirib ki, iki ölkənin Prezidentlərinin görüşündə bir daha hər iki dövlətin sülhsevərliyi, regionda barışın, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində böyük səylər göstərdikləri xüsusi vurğulandı: “İki ölkə arasında iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin mövcudluğu önə çəkilərək daha da genişləndirilməsinin vacibliyi bildirildi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Komissiyanın keçirilən iclaslarında ölkələrimiz arasında iqtisadiyyatın bu və ya digər sahələrində mövcud imkanlar geniş müzakirə edilir, qarşıdakı dövrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinin gərəkliyi diqqətə çatdırılaraq hər iki tərəfdən real addımlar atılır.”
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın tarixi Zəfərimizin fonunda genişlənən iqtisadi əlaqələrinə də diqqəti yönəldib: “Belə ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur dövlət başçısı İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilib. O da məlumdur ki, 2021-ci ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtsadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bu sənəddə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi potensial, eyni zamanda, hədəflər öz əksini tapıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürülüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməsi əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın bu sahədə malik olduğu potensialı rəqəmlər əsasında diqqətə çatdırdı. Bildirdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.”
Vüqar Rəhimzadə bu gün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş Şuşamızın da iqtisadi mərkəzə çevrildiyini xüsusi vurğulayaraq diqqəti ötən ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində mədəniyyət paytaxtımızda keçirilən Xüsusi Sessiyaya və imzalanan sənədlərə yönəldib: “Tədbir çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanmışdır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində isə Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalandı. Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir. İmzalanan sənədlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcək”.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın Ərəb Dövlətləri Liqası və ona üzv dövlətlərin hər biri ilə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əlaqələrin daha da genişlənməsində ötən il dövlət başçısı İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq statusunda qatılması və orada çıxışının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu mühüm hadisələr Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda, qarşılıqlı səfərlər, imzalanan sənədlər münasibətlərdə yeni səhifənin açılmasında əsas amildir. Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət etdi. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əhəmiyyət daşıyan əlaqələrin inkişafı üçün yeni imkanlar yaranıb.”
Mia.az
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN