Mator gücü 2 və 2-dən aşağı olan maşınların sığortasına niyə əngəl yaradılır? - Mərkəzi Bankdan sığorta şirkətlərinə xəbərdarlıq
16-01-2023 [18:58]
Mərkəzi Bankı sığorta sektorundakı şirkətlərin mator gücü 2 və 2-dən aşağı olan maşınları sığorta etməkdən yayınmaları barədə etirazlara reüaksiya verib.
Mia.az xəbər verir ki, açıqlamada sığorta sahəsində görülən islahat tədbirlərinin sığorta xidmətlərinin ölkəmizdə inkişaf edirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsinə xidmət etdiyi qeyd olunub:
"Qəbul edilən qərarlar üzrə son yeniliklərdən biri də avtoicbari sığorta üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsidir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli, 60/5 nömrəli qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də (Tələblər) dəyişikliklər təsdiq edilmişdir. Həmin dəyişikliklərə əsasən, avtoicbari növünün aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını Tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdırlar.
İnformasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi, bütün dünyada olduğu kimi ölkəmizdə də internetə çıxışın genişləndiyi və rəqəmsallaşma texnologiyalarının tətbiq edildiyi müasir dövrümüzdə zamanın tələbi nəzərə alınaraq qeyd edilən dəyişikliyin Tələblərə əlavə edilməsi zəruri hesab olunmuşdur. Bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər tərəfindən onlayn qaydada rahat şəkildə əldə edilməsini təmin edəcəkdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanuna, eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana son dövrlərdə edilən dəyişikliklər də bu məqsədə xidmət edir. Bütün bu dəyişikliklər sığorta sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutmaqla icbari sığorta növərinin tam olaraq elektronlaşmasına, nəticə etibarilə bu sahədə həyata keçirilən bütün xidmətlərin rəqəmsallaşmasına şərait yaradacaqdır.
Sığorta xidmətlərinə əlçatanlığın maksimal şəkildə təmin olunması və sığorta fəaliyyətinin rəqəmsallaşdırması istiqamətində islahatlar Mərkəzi Bank tərəfindən mütəmadi həyata keçiriləcəkdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı bir daha qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə Mərkəzi Banka öz şikayətlərini bildirə bilərlər. Daxil olan bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir.
Hal-hazırda avtoicbari sığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən ciddi şəkildə monitorinqlər həyata keçirilir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparılır. Qiymətləndirmələrin nəticələri əsasında Mərkəzi Bank tərəfindən zəruri addımların atılması davam etdiriləcəkdir".
Xatırladaq ki, son aylar sığorta şirkətlərinin mator gücü 2 və 2-dən aşağı olan maşınları sığorta etməkdən yayındıqları barədə çoxsaylı şikayətlər yayılıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi