"Misli.com" və ya küçə qumarı...
16-01-2023 [16:16]
"Azərlotereya” ASC və "Misli” layihəsinin fırıldaq və "küçə qumarı” olduğunu bilməyən yoxdur, hətta bunu dilə gətirənlərin də sayı az deyil.
Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalıb.
Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, "Misli” artıq çökmüş olan "Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru gedir. Amma, sadəcə, hələ özünü piar edərək etimad qazanmağa cəhdlər edir.
Artıq "Azərlotereya” və "Misli” üçün açılmış sosial şəbəkə səhifələrində həqiqətlər dilə gətirilir.
Bu haqda bir dəfə mediada yazılar yazmışdıq, indi təkrar bu problemə toxunmağa gərək var. Çünki artıq sosial şəbəkədə paytaxtdan və əsasən rayonlardan olan sakinlər deyirlər ki, küçə qumarından hər kəs aldadılır, kasıb təbəqənin qara qəpiyi də əlindən çıxır. Əslində, qumar da buna hesablanıb – hamı son qəpiyini də verir, amma heç nə əldə etmir, nəticədə şirkət milyonlar qazanır.
Sosial media istifadəçiləri şirkərin sosial şəbəkə hesablarında da etirazlarını açıq dilə gətirirlər. Onlar qeyd edirlər ki, əksər bölgələrdə kuponlardan uduş çıxmır.
Üzeyir Məmmədzadə adlı Quba sakini yazır ki, artıq əhali lotoreya almır, çünki heç kəsdə inam qalmayıb. Səbəb isə uduşların azalması və ya ümumiyyətlə olmaması ilə bağlıdır.
O hesab edir ki, əslində, bu yaxşıdır, çünki getdikcə "Misli” və "Azərlotereya” gözdən düşür, onlara inam sarsılır: "Şirkət insanlara müəyyən qədər uduş şansı versəydi, insanları təşviq edə bilərdi”.
Bir müddət öncə mediada gedən yazılarda da deputatlar, sosial şəbəkə istifadəçiləri, rayonlardan ola "Misli” və "Azərlotereya” qurbanları da bu küçə qurmarının yığışdırılmasını tələb edirdilər. Onlar hesab edirdilər ki, proses əhalini soymağa hesablanıb.
Bu şirkətin indiyə qədər Azərbaycan iqtisadiyyatına hansısa uğurlu bir töhvə verdiyi isə ortada deyil, əksinə, şəffaflıqla bağlı ciddi problemlər var.
İndi paytaxtda tez-tez rastlaşdığımız Azərbaycanda qumar biznesini monopoliyaya alan Zəfər Rəisoğlu ölkənin küçələrində kiçik qumar masası qoyub, xalqı soymasıdır. Bunu başqa cür təsvir etmək olmur, bəli, küçədə insanları soymaq…
"Dəmir Qrup” və "Misli.com” Azərbaycanda "küçə qumarı”nın inkişafı etdirir.
Bir müddət öncə deputat Fazil Mustafa da çağırış edərək "küçə qumarı”nın yaratdığı təhlükələrdən danışmışdı.
O hesab edirdi ki, bu proses ciddi nəzarətə götürülməlidir: "Yaş həddi, ailəsində problemi olan, burada müəyyən dərəcədə çox vəsait götürən insanlarla bağlı bunu ən azı nəzarətə götürüb, qarşısını almağa çalışmaq lazımdır. Bunun indi qarşısını almağın yolunu da tapmaq da, açığı çətindir. Çünki interneti necə saxlaya bilməzsənsə, bu cür oyunları da saxlaya bilməzsən. Qumar oyunları yüzlərlə imkanlı adamın evini yıxır. İndi də bu pis vərdiş idman oyunları üzərindən gerçəkləşir və bundan da milyonlar qazanılır. Biraz anlayışı zəif olan insanlar da bu tora düşürlər. Bunun qarşısını almaq üçün ancaq təbliğat aparılmalıdır. İnsanlar bilməlidir ki, bu yolla qazanılan hər hansı bir çörəyin bərəkəti olmaz. Başqa cür onun qabağını almaq çətindir”.
Yeri gəlmişkən, Fazil Mustafa bu narahatlığı dilə gətirən ilk deputat deyildi, bir neçə deputat və ictimai xadim də "küçə qumarı"nın təhdid olduğunu qeyd edib.
Bu Azərbaycanda "Azərlotereya” ASC və "Misli” layihəsinin yaratdığı mənzərədir. "Küçə qumarı”nın isə məqsədi çox sadədir: yolla keçən hər kəsin cibinə girmək, insanları qoymaq, daha obrazlı desək, mədəni oğurluq…
Mənbə: https://arqument.az/az/misli-grunmemis-ourluq-kucede-her-kesin-cibine-girmek/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi