Kimlərin əmək haqqları artıb? - Deputat yazır
13-01-2023 [13:19]
Vüqar Bayramov, Deputat
***
Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanlar imzalayıb.
Bununla da bir sıra dövlət qurumlarında çalışanların əmək haqqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb.
Qeyd edək ki, 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46.0 faizi sosial sferaya yönəldiləcək. Qarabağ və Şərqi Zəngəzurda quruculuğun davam etməsi və təhlükəsizlik xərclərimizi də nəzərə alsaq sosial sferaya kifayət qədər böyük vəsaitin ayrılması reallaşacaq. Bu müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır. Son sərəncamlar bir daha təsdiq edir ki, bu ildə sosial paketin genişləndirilməsi həyata keçiriləcək. Bütövülkdə, son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcək.
Kimlərin əmək haqqları artıb?
Dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
- Heydər Əliyev Mərkəzi;
- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
- Azərbaycanda Atatürk Mərkəzi;
- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
- Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
- Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
- Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
- Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
- Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
- Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
- Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
- Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
- İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.
Sosial müavinətlər və təqaüdlər üzrə bu ilin yanvarın 1-dən reallaşan artımlar:
- Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü — 600 manata
- Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata çatdırılır;
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata çatdırılır;
- Dəfn üçün birdəfəlik müavinət — 500 manata çatdırılır;
- Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır;
- Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 270 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 220 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 150 manata çatdırılır;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata çatdırılır;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü —200 manata çatdırılır;
- 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır;
- Yaşa görə müavinət — 220 manata çatdırılır;
- Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) — 120 manata çatdırılır;
- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata çatdırılır;
- Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət — 105 manata çatdırılır;
- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 100 manata çatdırılır;
- Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:
- elmlər doktoru elmi dərəcəsinə görə — 500 manata,
- fəlsəfə doktoru elmi dərəcəsinə görə — 300 manata çatdırılır;
- Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
- “Xalq” fəxri adına görə — 200 manata,
- “Əməkdar” fəxri adına görə — 150 manata çatdırılır;
- Prezidentin fərdi təqaüdü — 1500 manata çatdırılır;
- Ali məktəb tələbələri üçün Prezident təqaüdü- 275 manat
- Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:
-Doktorantura pilləsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.
- Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
- magistratura səviyyəsi üzrə akademik göstəriciləri
- 91–100 bal olan tələbələr üçün – 195 manata,
- 71–100 bal olan tələbələr üçün – 160 manata,
- 51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;
- bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri
- 91–100 bal olan tələbələr üçün – 175 manata,
- 71–100 bal olan tələbələr üçün – 145 manata,
- 51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;
• Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
- 91–100 bal olan tələbələr üçün – 100 manata,
- 71–100 bal olan tələbələr üçün – 80 manata,
- 51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;
• Peşə təhsili müəssisələrində akademik göstəriciləri:
- “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata,
- “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata,
- “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər