Vüqar Rəhimzadə: "Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib"
10-01-2023 [16:40]
Artıq təkcə paytaxt deyil, işğaldan azad edilmiş bölgələrimiz də beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir
“2022-ci il arxada qalsa da ayrı-ayrı sahələrdə görülən işlərin yekunu əsasında cari il üçün hədəflər müəyyənləşdirilir, onların icra mexanizmləri üzərində iş aparılır. Dövlət başçısı İlham Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ümumilikdə 2022-ci ilin uğurları fonunda 2023-cü ildə qarşıda duran vəzifələri açıqladı. Yanvarın 9-da isə ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu” söyləyərək bu fikri də böyük inamla vurğuladı ki, idman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Həm idmançılarımızın qələbələri, həm də ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanın idman ölkəsi olduğunu təsdiqlədi.
Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük əsaslar yaradır. Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir. Təbii ki, buna əsas yaradan ölkəmizin iqtisadi tərəqqisidir. İqtisadi amil bütün sahələrdə təkmil addımların atılmasına stimul verir. Bu baxımdan ölkəmizdə idmanın inkişafına yönələn addımların davamlılığı diqqəti xüsusi cəlb edir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, istər ölkəmizin ev sahibliyi etdiyi idman tədbirləri, istərsə də bu və ya digər ölkələrdə keçirilən yarışlarda idmançılarımızın qələbələri Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır”.
Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır: “Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxtda və bölgələrdə Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib, gənclərin bu sahəyə marağının artırılması üçün təbliğat işləri günün tələbləri səviyyəsində qurulur. Bunu əsaslandırmaq üçün statistik rəqəmlərə diqqət yetirmək kifayətdir. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses davam etdirilir. Paytaxt Bakı ən mötəbər idman yarışlarına ev sahibliyi edib. Artıq növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsinin, federasiyaların, klubların, idman cəmiyyətlərinin birgə səyləri nəticəsində Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü və qüdrətini təsdiqləyəcək. O da məlumdur ki, son vaxtlar Bakı şəhərinin parklarının bəzilərində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb, trenajorlar quraşdırılıb. Bu təcrübənin bütün bölgələrdə tətbiqi prioritet istiqamətlərdəndir. Bu addım, idmanın kütləviliyinin təmin edilməsinə yönələn addımlar sırasındadır.”
YAP Xətai rayon təşkilatının sədri ötən ilin idman yekunlarda diqqət çəkən bu statistikanı da böyük qürur hissi ilə qeyd edib: “ İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, adi bir statistika deyil. Bu, həm idmançılarımızım malik olduqları potensialın, gücün, həm ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, həm də Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə təqdimatıdır. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada Dövlət Himninin səsləndirilməsi, qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması ilə müşayiət olunur. Bu, güclü, qüdrətli, eyni zamanda, son iki ildə böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycanın dünya birliyində yerinə və roluna, mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərən tarixi hadisələrdir. Bu inam hər zaman qürurla vurğulanır ki, Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında necə böyük Qələbəyə imza atdılarsa, bu Zəfəri idman yarışlarında da ifadə edir və bunu gələcək fəaliyyətləri üçün böyük stimul kimi qəbul edirlər.”
Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsindən də geniş bəhs edib: “Tarixi Zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Şanlı Qələbəmiz gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində öz sözünü deyəcək. Ümummilli lider Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikirlərin davamı olaraq isə dövlət başçısı bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan gənclərimizin Vətən, torpaq sevgisi beynəlxalq səviyyədə Qələbəmizi şərtləndirən amillər sırasında xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı etdi ki, hər birimiz öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq: “Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.”
YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində həmin yaşayış məntəqələrində idmanın kütləviliyinin təmin edilməsi üçün idman obyektlərinin yaradılmasının da prioritetliyini xüsusi qeyd edib: “Məlumdur ki, işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz Baş plan əsasında bərpa edilir. Baş planda görülməsi nəzərdə tutulan bütün işlər öz əksini tapıb. Dövlət başçısı İlham Əliyev Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsinin işlənildiyini, onun yanında böyük Olimpiya İdman Kompleksinin yaradılacağını bildirdi. Ötən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Azad edilmiş ərazilərimizdə ötən il bir neçə beynəlxalq idman yarışları keçirildi. Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirildi. Bu kimi tədbirlərin rəmzi mənası vardır. Keçirilən hər bir tədbir özündə bir çox çağırışları ehtiva edir.”
Vüqar Rəhimzadə Azərbaycanın hər bir sahədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə hazır olduğunu bildirib: “2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, eyni zamanda, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq nəinki paytaxt Bakı, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin beynəlxalq arenada mövqeyi ildən-ilə möhkəmlənir.”
Mia.az
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN