"Rza İbadov məni razı salmaq üçün hər şey etməyə hazır idi"
07-01-2023 [15:10]
Aydın Quliyev,
"Bakı xəbər" qəzetinin Baş redaktoru
***
Naxçıvan Ali Məclisi sədrinin müşaviri vəzifəsini daşıyırdım, 4 saylı Babək-Şahbuz seçki dairəsindən (indiki 5 saylı Babək-Şahbuz seçki dairəsi) Azərbaycan Milli Məclisi üzvlüyünə namizədliyimi irəli sürdüm.
Həm Naxçıvan Ali Məclisində işlədiyimə, həm də Naxçıvan televiziyasında siyasi şərhlər verdiyimə, eləcə də ümumi Azərbaycan mediasında mütəmadi çıxışlar etdiyimə görə, az-çox tanınırdım.
Babək və Şahbuz rayonlarının 60-a yaxın kəndində seçicilərlə canlı görüşlər keçirdik, çox fəal kampaniya apardıq. 9 namizəd-iddiaçı idik. O zamankı seçki qaydalarına görə seçki ikinci mərhələyə də qala bilirdi.
İlk səsvermə dəqiqələrindən məlum oldu ki, bütün icra orqanlarına Rza İbadovun qələbəsini təmin etmək tapşırığı verilib. Buna baxmayaraq, Rza ilk turda yetərli səs toplaya bilmədi. Səs sayına görə, Rza 1, Hacı İbrahim 2, mən 3-cü yeri tutduq. Hacı İbrahim ikinci turdan imtina etdi.
Qanuna görə, ikinci tura mənimlə Rza İbadov qalmalı idik. Rza məni 2-ci turda iştiraka razı salmaq üçün hər şey etməyə hazır idi. Ancaq dedim ki, mən nəticəsi bu başdan bəlli seçkiyə qatılmaq və kiməsə belə qələbənin qürurunu yaşatmaq istəmirəm.

Beləliklə, hamı Rza İbadovla seçkiyə rəqib kimi qatılmaqdan imtina etdiyi üçün onunla ikinci tura 9-cu yeri tutmuş o zaman Şahbuz rayon icra hakimiyyətində işləyən bir məmur xanımı razı sala bildilər.
Qanuna görə, ikinci tura rəqib kimi heç kim qalmasaydı, birinci mərhələnin yekunları ümumiyyətlə, ləğv olunmalı idi. Beləliklə, işləri düzüb qoşaraq Rza İbadovu deputat seçdirdilər. Bütün bu proseslərin "dahiyanə təşkilatçısı" isə o zaman Naxçıvan Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə müavini Vasif Talıbov oldu...
Seçkilərdən sonra soruşdum ki, niyə mənə maneələr yaradıldı, bunu öncədən də demək olardı ki, seçkiyə qatılma.
Cavabı belə oldu: sənə deyilsə ki, iclasların birində Milli Məclisin sədrini kəskin tənqid etmək lazımdı, edəssənmi?
Dedim axı, Milli Məclisin sədri Heydər Əliyevin komandasında ikinci şəxsdir, niyə vurulmalıdır ki?
Dedi, bax görürsən, sən suallar verirsən, ancaq Rza sual vermir və icra edir.....
Vasif Talıbovun məndən önə çıxardığı Rza İbadovun sonrakı taleyini isə yəqin ki ,bilirsiniz....
O vaxtdan uzun illər parlament seçkilərinə yaxın getmədim, ikinci və son dəfə isə 2005-ci ildə seçkiyə qatıldım və bununla da karyeramda seçki səhifəsini bağladım....
Ancaq yenə də Talıbova münasibətdə qisasçılıq hisləri ilə yaşamıram....
Tanrının bəxş etdiyi şəxsi keyfiyətlərimə söykənib yorulmadan yoluma davam edirəm....
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər