Bir kənddən 200 nəfərin eyni anda həbsi və amansız işgəncə... - Vasif Talıbovun çarxını döndərən qaniçənlər...
05-01-2023 [12:25]
Elmar Hüseynov,
***
Bu yazı 5 yanvar 2010-cu ildə baş verən Bənəniyar hadisələrinə həsr olunur...
***
Vasif Talıbovun Naxçıvandakı cinayətlərini saymaqla bitməz. Az qala bir aydır ki, Naxçıvanda fəaliyyət göstərən yeni rəhbərliyə göndərilən şikayətlərin sayı azalmır, əksinə hər gün artır.
Ona görə artır ki, zülm və istibdad altında əzilən xalq getdikcə yaradılmış qorxu sistemindən çıxır və anlayır ki, hazırkı rəhbərliyin məqsədi də onun mənafeyini müdafiə etməkdir.
Bəs bu qorxu sistemi necə quruldu? Kim tərəfindən Naxçıvanda hər kəs qorxudularaq, dovşana döndərildi?
Vasif Talıbovun çarxı qorxu sistemi ilə necə döndərildi? Bu suallara aşağıdakı yazımızla aydınlıq gətirəcəyik...
Naxçıvanda əhalinin sosial vəziyyəti o qədər yaxşı olmasa da insanlar çox pozitiv, enerjili və sabaha böyük inamla yaşayırdılar. Bunun yanına qorxusuzluq və əyilməzliyi də əlavə etsək, görərik ki, Naxçıvanda vəziyyət çox fərqli idi. Məhz bu sadaladıqlarım cahil bir rəhbəri qane edə bilməzdi.
Nəticədə 2001-ci ildə Muxtar Respublikanın Daxili İşlər naziri Mürsəl İsayev istefaya göndərildi. Səbəb çox sadə idi. İnsanlar Vasifin varlığı qarşısında baş əyməli idilər. Mürsəl İsayev isə insanlarla qorxu dilində danışmağı bacarmırdı. Nəticədə Naxçıvan MR Daxili İşlər Nazirliyinə elə bir adam gətirilməli idi ki, onu görən hamilə qadın uşaq salsın, qorxaqlar şalvarını batırsın, cəsarətli adamlar isə sındırılsın.
Tezliklə belə bir adam elə Daxili İşlər Nazirliyinin özündən tapıldı... Cinayət axtarışın rəisi əzazil, qaniçən və zalım bir adam...
Bu adam Naxçıvanda Talıbovun qurduğu cinayət çarxını hərlətməli, əziyyət, zülm və istibdad ərşə yüksəlməli idi... İnsanlar İkinci Dağyunus ilə üz-üzə qalmalı idilər...
Yeni nazir fəaliyyətinin ilk illərindən başlayaraq Naxçıvanda yıxmadığı ev qalmadı. Nazirlik etdiyi müddətdə "yaxşı" əməlləri ilə hər kəsin lənətini qazandı. Onun fəaliyyəti ilə başlayan zülm və istibdaddan Naxçıvanda hər kəs, hər kənd, hər şəhər, hər rayon ayrıca əziyyət çəkməli idi. Çünki o əzazil, qaniçən və zalım adam belə istəyirdi...
Naxçıvanda Talıbovun qurduğu çarxın altında əzilənlər təkcə Bənəniyarlılar deyildi. Amma ən ağır cinayətlərdən biri Bənəniyar kəndində törədildi. 5 yanvar 2010-cu il tarixə Bənəniyar hadisələri kimi düşdü... Bənəniyar kəndində böyük cinayətlər törədilmişdi...Çünki o əzazil, qaniçən və zalım adam belə istəmişdi...
Kəndə zirehli texnika və Daxili Qoşunların ordusu yeridiləndə kənd sakininin heç nədən xəbəri yox idi. Döyülən-döyüldü, söyülən-söyüldü. Sonra da 200-ə qədər şəxs maşınlara doldurularaq Böyükdüz təcridxanasına aparıldı. Hətta maşınlara adamları elə doldurmuşdular ki, gənc bir qızın yolda ürəyi narahat oldu. Amma bu insanlıq anlayışı olmayanlar üçün keçərli deyildi.
Hər kəs Böyükdüz təcridxanasına aparılmalı idi. Orada yaşlı demədən, qadın demədən, uşaq demədən hər kəs təhqir edilib, döyülüb, söyülməli idi. Çünki o zaman bütün bunlara rəhbərlik edən bir şəxs var idi - əzazil, qaniçən və zalım bir adam...o, belə istəyirdi...
5 yanvar 2010-cu ildə şaxtalı havada Böyükdüz təcridxanasında soyundurularaq, buz üstündə ayaqyalın saxlanılan 27 Bənəniyar sakini var idi. Hər biri ayrı-ayrılıqda döyülür, söyülür, təhqir edilir, işgəncələrə məruz qalırdı. Bunları edənlərin başında bir nəfər dayanırdı - əzazil, qaniçən və zalım bir adam...o, belə istəyirdi...
Həbs olunan Bənəniyar sakinlərindən soruşurdu. Hanı meydanlarda çağırdığınız imam, niyə gəlib sizi mənim əlimdən almır? Hanı sizin Allahınız? Ona deyin gəlsin Sizi mənim əlimdən qurtarsın...
Bunu deyib, məhbusların barmaqlarını kəlbətinlə sıxmağa başlayır, məhbusların çığırtısından zövq alırdı - əzazil, qaniçən və zalım adam... Hər kəs çığırmalı idi, cünki o, belə istəyirdi...
O əzazil, qaniçən və zalım adam eyni işgəncələri Rza müəllimə də verirdi. Amma müəllim onun çığırtıdan ləzzət aldığını görüb, bütün işgəncələrə səssiz, sakitliyini qorumaqla cavab verirdi. Bu isə o əzazil, qaniçən və zalım adamı narahat edirdi... Hər kəs çığırmalı idi. Rza müəllimin səssizliyi isə onu dəli edirdi. Çünki o, belə istəmirdi...
Nəhayət, Rza müəllimi öldürənəcən ona işgəncə verdi, o əzazil, qaniçən, zalım adam. Bundan sonra da öz günahını başqalarının üstünə atmağa, cinayətlərini gizlətməyə, ört-basdır etməyə çalışdı, o əzazil, qaniçən və zalım adam...
Hər aşiqin bir dövranı olduğu kimi, haqqında danışdığım bu əzazil, qaniçən və zalım adamın da dövranı bitdi. 2017-ci ildə onun yerinə özündən də əzazil bir adam gəldi. Nəhayətində bu əzazil, qaniçən və zalım adamı, özündən əzazil, qaniçən və zalım adam həbsxanaya göndərdi...
İndi isə haqqında danışdığım Vasif Talıbovun çarxını döndərən, Naxçıvanda qorxu sisteminin yaradıcısı olan keçmiş Daxili İşlər naziri əzazil, qaniçən və zalım bir adam olan Əhməd Əhmədov azadlığa çıxmaq istəyir...
Əli qanlı, ev yıxan, insanlara olmazın işgəncələr edən, başlarına müsibət açan əzazil, qaniçən və zalım Əhməd Əhmədov!
Özünü günahzsız kimi göstərməyə çalışır... Unudub ki, hələ də xalqın lənəti üzərindədir: Anaların göz yaşı, ataların ahı, övladların məsumca İlahi pıçıltısı olan Lənət üzərindədir.
Bu lənət qurtarmayınca o əzazil, qaniçən, zalım Əhməd Əhmədovun əzabları da bitməyəcək!Çünki İlahi ədalət deyilən bir anlayış var: bu gün Naxçıvanda bərqərar olunan İLAHİ ƏDALƏTDİR!
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər