Nazir nəyə görə bu postda bir il qala bilmədi?
25-12-2022 [15:07]
Əfsanə Uğur,
Gununsesi.info
***
Bu yazını əslində yazıb-yazmamaq haqqında çox fikirləşdim. Tərəddüdüm də əsassız deyildi. Çünki, yıxılana “balta vurmağı” şəxsimə yaraşdırmamışam heç vaxt.
Amma həm mədəniyyətimizə vurulan balta, həm də cənab sabiq nazirin hələ vəzifədə olduğu zaman fəaliyyəti barədə açıq-aydın danışmağım, sosial şəbəkəmdə post paylaşmağım mənə bu ixtiyarı verdi.
Anar Kərimov cavan kadr idi. Üç dil bilir, iki universitet bitirib. Saya bildiyim qədəri ilə dünyanın 5 ölkəsində diplomatik kurslarda iştirak edib. Bura qədər hər şey öz qaydasındadır. Nazir olmaq üçün bütün kriteriyaları göz oxşayır. Amma di gəl dil bilmək, şərqşünaslığı bitirdikdən sonra diplomatiya üzrə magistr dərəcəsi almaq uğurlu Mədəniyyət naziri olmaq üçün kifayət etmir.
Bəs nəydi Anar Kərimovu uğursuz nazir edən? Nəyə görə bu postda 1 il belə qala bilmədi?
Cavablar bəsitdir. Nazirliyin “qara mühasibatlığı”na, tenderlərdə kimləri hansı göstəricilərə görə qalib elan etmələrinə toxunmayacam. Bunun üçün səlahiyyəti olan qurumlar onsuz da öz işlərini görəcək. Özü də lazımınca. Yıxılıb axı… Hərə əlində bir balta ilə hazır dayanıb. Gəlin, biz məsələnin yaradıcı tərəflərindən danışaq.
Cənab Kərimovun mədəniyyət kimi spesifik sahədən xəbərsiz olduğu gün kimi aydın idi. Ona bu postu həvalə edənlər yəqin ki, idarəçilik qabiliyyətinə önəm vermişdilər. Əgər Anar Kərimov mədəniyyət sahəsindən bixəbər idisə, onda kadr siyasətində daha diqqətli olmalı idi. Ətrafına tanışlarını, tanışlarının tanışlarını və ya tanışlarının tapşırdıqlarını yığmaq əvəzinə bu sahənin bilicilərini yığmalı idi. Heç olmasa üç-beş zövqlü mədəniyyət xadimi nazirliyin əməkdaşı olmalı idi.
Köhnə kadrları uzaqlaşdırmamalı idi. Ən azı işi öyrənənə qədər onların köməyindən yararlanmalı idi. Bunu da etmədi.
Anar Kərimovun mədəniyyət xadimlərini tanımaması artıq hər kəsin dilində dolaşırdı. Elə birinci müavini Elnur Əliyev də özündən geri qalmırdı.
Dünyasını dəyişən sənətkarlar haqqında danışılanda “ona özüm zəng edərəm” deməsi də kasanı doldura son damla olmadı. Adama deyərlər tanımırsan heç olmasa L. Robertin kəşfindən istifadə et, aç internetə bax.
Sabiq nazirin internetdən istifadəni sevməməsi bəstəkar, dövlət xadimi Rauf Hacıyevlə bağlı postunda da özünü göstərdi. Sənətkarın 100 illik yübileyi ilə bağlı paylaşdığı postunda Rauf Hacıyevi “Cazın əfsanəsi” adlandırdı.
Ətrafında olanlar da sabiq nazirə demədi ki, “Cənab nazir, Rauf Hacıyevin cazist olmaması bir yana, axı bu ölkədə cazın əfsanəsi Vaqif Mustafazadədir”. Niyə demədilər? Çünki özləri də bilmir. Niyə bilmirlər? Çünki mədəniyyət sahəsinə dəxli olmayan və ya bu sahəni səthi bilən insanlar nazirin ətrafında cəm olmuşdular.
Mədəniyyət nazirliyinin fiyasko layihələrindən biri də Cəlil Məmmədqluzadənin “Anamın kitabı” əsərinin ingilis dilində səhnələşdirilməsi idi. Təsəvvür edin nazirlik bunun üçün aktyor heyətinin bir neçə ay ingilis dilində kurs keçməsini belə təmin etmişdi. Bir neçə aya öyrənilən ingilis dilinin səviyyəsini müzakirə etməyəcəm. Dərd daha ağırdır. Mirzə Cəlil bu əsəri yazanda rus, fars, türk dillərində danışanları qınaq obyektinə çevirməyi hədəfləmişdi.
Bir ananın üç oğlunun üç fərqli dildə danışmasını tənqid edirdi. Bu əsərdə ana obrazı Vətən idi, Azərbaycan idi. Yəni Mirzə Cəlil deyirdi ki, ay mənim xalqın ana dilinizdə danışın. Üsyan edirdi. Fəqan qoparırdı. Amma çi fayda… Düz yüz il sonra “Anamın kitabı” əsəri Azərbaycan tamaşaçısına ingilis dilində təqdim olundu.
Mirzə Cəlil bəlkə də həmin gün öldü. Deyək yenilik etmək istəyirsiz. Bu təcrübənizi başqa əsər üzərində keçərdiniz. Axı “Anamın kitabı”nın məqsədi, məramı başqa idi…
Bu layihənin müəllifi təkcə Anar Kərimova yox, elə Azərbaycana, Mirzə Cəlilə də qənim kəsilib. Mədəniyyət nazirliyinin tənqid siyahısını daha da uzatmaq olar.
Amma biz ümid etmək istəyirik ki, bundan sonra nazir vəzifəsinə kim gələcəksə ya özü bu sahənin bilicisi olarn, ya da ən azı ətrafına mədəniyyəti anlayan insanları toplayar. Yoxsa Corci Zeydanın “Bir millətin həqiqi tarixi həmin millətin mədəniyyət tarixidi” sözləri iflasa uğrayar.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər