Deputat: "İnsanların Naxçıvandan getməsinin səbəbləri var" - “Dövlət başçısı Talıbova xəbərdarlıq etmiş və vaxt vermişdi...”
23-12-2022 [10:37]
Məlum olduğu kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov “səhhətində yaranan problemlər” səbəbindən istefa verdiyini bildirib.
Heç kimə sirr deyil ki, Talıbovun idarəçiliyi dövründə Azərbaycanın ən strateji nöqtələrindən sayılan Naxçıvan demək olar, boşalıb, əhali Türkiyəyə, Rusiyaya, paytaxt Bakıya üz tutub, mövcud idarəçilik sistemi bölgəni uzun illər inkişafdan saxlayıb və sair. Talıbovun “könüllü istefasından” sonra isə Naxçıvanda böyük dəyişikliklərin həyata keçiriləcəyinə dair müəyyən ümidlər yaranmağa başlayıb...
Mia.az xəbər verir ki, “Azpolitika.info” bu mövzunu Milli Məclisin deputatı Vahid Əhmədovla müzakirə edib:
- Vasif Talıbovu tənqid edənlərdən biri də siz idiniz. İndi onun Naxçıvanın idarəçiliyindən uzaqlaşdırılmasını necə qiymətləndirirsiniz?
- Bu, gözlənilən idi. Gedən proseslər, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyatlar göstərirdi ki, bu istefa gec-tez baş verəcək...
Hesab edirəm ki, Talıbovun istefasının çox ciddi səbəbləri var. Artıq araşdırmalar və yoxlamalar gedib, vəzifədə olan müəyyən insanlar həbs edilib. Bunların hamısı Naxçıvan rəhbərliyinin səhv addımlarının nəticəsində baş verib. Bu istiqamətdə işlər davam edir və mənim qənaətimə görə, bu işlər mütləq məntiqi sonluğa çatdırılacaq. Hətta elə şərait yaradılacaq ki, Talıbovun apardığı siyasət nəticəsində Naxçıvanı tərk edən əhalinin müəyyən hissəsi geri qayıdaraq orada iş quracaqlar, çalışacaqlar.
- Sizcə, Talıbovun hakimiyyətdən uzaqlaşdırılması Naxçıvanda konkret olaraq nələri dəyişəcək, hansı yenilikləri gözləmək olar?
- Naxçıvanda hakimiyyət orqanlarında müəyyən şəffaflıq yaradılacaq. Gömrük sistemindəki problemlər tədricən öz həllini tapmaqdadır. Bu yaxınlarda biz Gömrük Məcəlləsinə və “Gömrük Tarifi haqqında” Qanuna dəyişiklik etmişik. Bu dəyişikliklər yanvar ayından sonra Naxçıvanda da tətbiq olunacaq. Yəni, ciddi dəyişikliklər olmalıdır. Əsas məsələ odur ki, orada insanların iş yerləri, şəraitləri olsun, eləcə də aşkarlıq və şəffaflıq yaradılsın. Nəticədə Naxçıvanı tərk etmiş insanlar gəlib ailələrinə qovuşa, işləyə bilsinlər, həm özlərinə, həm də dövlətə xeyir versinlər.
- Düşünürsünüz ki, bundan sonra Naxçıvanı tərk edən on minlərlə insan geri dönəcək?
- Mən belə təsəvvür edirəm. Əgər əhali geri qayıtmayacaqsa, onda bu addımlar niyə atılır? Bu tədbirlərin səbəbi odur ki, yerli əhalidən də kifayət qədər şikayətlər var idi. Xeyli sayda naxçıvanlılar Türkiyədə, İranda, Rusiyada, elə Bakının özündə işləyir. Yəni, bu məsələlər öz həllini tapmalıdır. Əgər həllini tapmasa, daha nə oldu, onda heç bir dəyişikliyə ehtiyac yaranmazdı ki...
İkincisi, cənab Prezident uzun müddətdir ki, islahatlara start verib. Diqqət edin, Qarabağın rayonlarında icra başçıları olduğu halda özünün xüsusi nümayəndələrini təyin etdi, yeni mexanizm qurdu. Faktiki olaraq bu sistem özünü doğrultmağa başlayıb. Çünki son iki il ərzində Qarabağda həmin nümayəndəliklər çoxlu uğurlu işlər görə bilib.
Hazırda bizim on dörd iqtisadi rayonumuz var, biri də olsun Naxçıvan iqtisadi rayonu və beləcə say on beşə çatdırılsın. On beş iqtisadi rayona Prezidentin on beş xüsusi nümayəndəsi rəhbərlik etsin. Məncə, bunu etmək lazımdır. Hiss edirəm ki, buna hazırlıq çoxdan gedirdi. Fikir vermisinizsə, rayonlarda müəyyən idarələr ləğv edildi, əvəzində regional idarələr quruldu. Bunların hamısı dediyim işlərə bir növ hazırlıqdır.
- Bəzi müşahidəçilər iddia edirlər ki, Talıbov İran və Rusiya ilə müəyyən əlaqələr qurubmuş və onun istefaya göndərilməsinin siyasi səbəbləri var. Siz isə daha çox iqtisadi məsələləri, korrupsiya və ədalətsiz idarəçiliyi səbəb kimi gətirirsiniz...
- Siyasi səbəb deyəndə, media onun İranla, elə Türkiyə ilə də əlaqələlərinə dair nələrsə yazıb. Əslində, bu əlaqələr dövlətin xeyrinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial durumunun və rifahının qaldırılmasına xeyir verirsə, burada problem yoxdur. Amma bu əlaqələr Naxçıvan əhalisinin xeyrinə olsaydı, insanlar oranı tərk etməzdi. İnsanların Naxçıvandan getməsinin səbəbləri var. Ya iş tapmayıblar, ya da incidiliblər. Yəni, bu məsələlərin eyni zamanda siyasi, iqtisadi, sosial tərəfləri var. Bunlar da kompleks şəkildə araşdırılıb və məlum tədbirlər görülüb. Nəticədə də Vasif Talıbov istefa verməli olub.
- Azərbaycan dövlət büdcəsindən Naxçıvana ildə 500 milyon manata yaxın dotasiya ayrılırdı. İndi oradakı bir neçə qurumda aşkar edilən qanunsuzluqlar göstərir ki, bu dotasiyaların böyük hissəsi mənimsənilib. Bəs, bundan sonra Naxçıvana dotasiya verilməsi məsələsi necə olacaq?
- Açığını deyim ki, dövlət başçısının tapşırığı ilə hökumətin iqtisadi bloku uzun müddətdir çalışır ki, rayonlar inkişaf etsin və dotasiya almasın, buna ehtiyac qalmasın. Məsələn, indi cəmi bir neçə rayona kiçik həcmdə dotasiya ayrılır. Bunlar da əsasən işğaldan azad edilən rayonlardır. Səhv etmirəmsə, rayonlarımızın 90 faizi dotasiya almır. Mən hesab edirəm ki, Naxçıvana da dotasiya mümkün qədər azaldılmalıdır. Amma bu, qısa müddətdə ola bilməz. Məncə, tədricən Naxçıvanda inkişaf olacaq, iş yerləri açılacaq, şəffaflıq təmin olunacaq, qayda-qanun yaradılacaq və buna uyğun olaraq da dotasiya azalacaq. Demirəm ki, indi, amma bir neçə ilə bu hədəfə çatmaq mümkündür.
- Vasif Talıbovun Ramiz Mehdiyevlə yaxın əlaqələri haqqında da fikirlər səsləndirilir. Hətta buna görə də ona münasibətin dəyişdiyi bildirilir. Bunu nə dərəcədə inandırıcı sayırsınız?
- Belə əlaqələrin olması mümkündür. Ümumiyyətlə, dövlət başçısı humanist və müasir adamdır. O, incitmək istəmir, müəyyən vaxt verir, səhvi düzəltməyə şans tanıyır. Bir müddət əvvəl Naxçıvan rəhbəri Vasif Talıbovu Bakıya çağırmışdı və ona xəbərdarlıq etmiş, vaxt vermişdi. Sonda da öz qərarını verdi. Onun Ramiz Mehdiyevlə, digərləri ilə də əlaqələri ola bilər. Bu əlaqələrin hansı səviyyədə olması və hansı məqsəd daşıdığını deyə bilmərəm. Mətbuatda yazılanların da hamısına inanmaq olmur.
Mia.az
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama