“Azərtikinti”nin sədri bu obyekti özəlləşdirdi - Foto

img

30-04-2014 [16:45]


"Azərsənayetikinti” ASC İH-nin sədri Ənvər Əliyev bu müəssisənin səhmlərinin 99,34%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. 

 İnvestor əsas vəsaitlərin təmiri və ASC-nin fəaliyyətinin bərpasına 180 min manat qoymaq öhdəliyi götürüb. Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin məlumatına görə, 6 ayda Ənvər Əliyev inzibati ərazi, istehsal bazası, maşın və mexanizmləri təmir edəcək. ASC-dən bildirilib ki, müsabiqəyə çıxarılmazdan öncə ASC bütün törəmə strukturlardan qurtulub. Onların hamısı ayrılıqda dövlət başçısının 11 aprel, 2010-cu il tarixli fərmanına uyğun olaraq özəlləşdirilib. Mərkəzi aparat əvvəlcə binanı tərk edib. Orada indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (S.Əsgərova, 85) yerləşir. Sonra isə Nərimanov rayonunda Xan Şuşinski və Teymur Əliyev küçələrinin kəsişməsindəki kiçik binanı tərk edib. İndi ASC-nin 216 m2 qeyri-yaşayış sahəsi (Aşıq Alı, 7/19) və Nizami rayonunda istehsalat bazası var (2000 m2). SC hazırda Ağdaş və Göygöldə 2 məktəb tikir. "Azərsənayetikinti” ASC 1999-cu ildə mülki və sənaye tikintisi üzrə ən böyük podratçı olan "Azərsənayetikinti” dövlət şirkətinin bazasında yaradılıb. Səhmlərinin 100%-i dövlətdə saxlanılıb. Amma 10 il dövlət idarəçiliyi zamanı ASC-nin maliyyə göstəriciləri pisləşib, tikinti texnikası köhnəlib. "Azərsənayetikinti” ASC-nin nizamnamə kapitalı 84 450 manatdır. Əmək kollektivi (20 nəfər) səhmlərin 0,66%-ə malikdir./Turan/ 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA