Nazir müavini Fariz Rzayev ABŞ-da görüşlər keçirib - Açıqlama
16-12-2022 [14:46]
Xarici işlər nazirinin müavini Fariz Rzayev ABŞ-a səfəri çərçivəsində Nyu Yorkda bir sıra tədbilərə qatılıb və görüşlər keçirib.
Mia.az xəbər verir ki, nazir müavini 14 dekabr tarixində BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: islahat edilmiş çoxtərəflilik üçün yeni oriyentasiya” mövzusunda açıq müzakirələrə qatılıb və Azərbaycan adından bəyanat səsləndirib.
Çıxış zamanı, dövlətlərarası münasibətlər üçün əsas prinsiplərdən olan suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama öhdəliklərinin yerinə yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə cəzasızlıq münaqişələrin genişlənməsinə səbəb olan əsas amillərdəndir.
Nazir müavini qurumun Azərbaycanla bağlı qətnamələri 27 ildir icra olunmadığını vurğulayıb. Həmin qətnamələrdə Azərbaycanın suveren ərazisinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması tələb edildiyi xatırlanıb. 30 ilə yaxın müddətdə yüz minlərlə insan öz torpaqlarından didərgin salındığı, onların hüquqlarına məhəl qoyulmadığı və cəzasızlıq baş verdiyi bildirilib.
Çıxış zamanı xatırlanıb ki, 2020-ci ilin sentyabrında Ermənistanın genişmiqyaslı silahlı təxribatına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalıb, əməliyyat nəticəsində Azərbaycan ərazisi işğaldan azad edilib və bu əməliyyat Nizamnamənin 51-ci maddəsinə və Şuranın müvafiq qərarlarına uyğun olub.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistana münaqişədən sonra normallaşma əlini uzatdığını qeyd edib. O, Ermənistanı qanunsuz fəaliyyətlərini dayandırmağa, ərazi iddialarına son qoymağa və diplomatik həll yolunda diqqətini birbaşa danışıqlara yönəltməyə çağırıb.
15 dekabr 2022-ci il tarixində xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda BMT Baş Katibinin Avropa, Mərkəzi Asiya və Amerika qitəsi üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.
Bu il Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümünün qeyd olunduğunu vurğulayan nazir müavini, bu çərçivədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisi ilə birlikdə bir sıra tədbirlərin keçirildiyini qeyd edib.
Müqabil tərəf həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, Ermənistan tərəfindən bu təşəbbüslərə qarşı həyata keçirilən təxribatlar, o cümlədən ərazilərimizdə davam edən mina təhlükəsi barədə məlumatlandırılıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi ilə regionda iqtisadi və nəqliyyat bağlantılarının açılması və səmərəli regional əməkdaşlıq üçün əlverişli imkanın yarandığı və Ermənistan tərəfinin bu imkanları reallaşdırmağa imkan verməyən destruktiv addımlarından əl çəkməli olduğu vurğulanıb.
Tərəflər Azərbaycan ilə BMT arasında müsbət əməkdaşlıq təcrübəsinin və bölgədə yaranmış yeni vəziyyətdə bu əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Xarici işlər nazirinin müavini Fariz Rzayev səfər çərçivəsində 15 dekabr 2022-ci il tarixində Nyu-Yorkda BMT-nin mənzil qərargahında Pakistanın sədrliyi ilə keçirilən “Qrup 77 və Çin” təşkilatının Nazirlər İclasında iştirak edərək çıxış edib.
Çıxışında nazir müavini Pakistan xarici işlər nazirinə tədbirin təşkilinə və dəvətə görə minnətdarlıq bildirib. COVID-19 pandemiyasının dövlətlər üçün fəsadlarına toxunan F.Rzayev pandemiyanın xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyat, təhsil və səhiyyə sektoruna bərpası mürəkkəb olan zərərlər vurduğunu və bu vəziyyətdən yeganə çıxış yolunun əməkdaşlıq və həmrəylikdən keçdiyini vurğulayıb.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüsləri xatırladan F.Rzayev, pandemiyadan sonrakı qlobal bərpa prosesinin də Hərəkatın sədri olaraq Azərbaycanın diqqətində olduğunu və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasının keçiriləcəyini qeyd edib. QH üzv dövlətlərinin sözügedən tədbirdə ən yüksək səviyyədə iştirakının tədbirin uğuruna xüsusi töhfə verəcəyi vurğulanıb.
Nazirlər İclası çərçivəsində Fariz Rzayev həmçinin bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama