Nazirin yeni açdığı yarmarka söküldü

img

30-04-2014 [12:26]


Nərimanov rayonunda, Kənd Təsərrüfatı Nazirliyinin yeni açdığı kənd təsərrüfatı məhsullarının satış yarmarkası sökülüb. 

Məlumata görə, kənd təssərrüfatı naziri Heydər Əsədovun metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdən çıxışında təşkil etdiyi yarmaka şəhərin görünüşünə, eləcə də stadiona girişdə maneə yaratdığı üçün sökülüb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, yarmarka sökülsə də, Gənclikdə yanacaq doldurma məntəqəsi tərəfdə yenidən qurulur: "Yarmarka stadiona girişdə problem yaradırdı. Söküldü o biri tərəfdə yenidən qurulıur. Belə üstüörtülü yarmarkalar, Yasamal rayonunda, Həzi Aslanov metrostansiyasının çıxışında da var. Üstüörtülü yarmarkaların təşkilində məqsəd yağışlı və günəşli günlərdə də kənd təssərrüfatı istehsalçılarına öz məhsullarını münasib qiymətə satmaq üçün şəraitin yaradılmasından ibarətdir". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA