Ceyhun Bayramov Öcal Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
08-12-2022 [17:58]
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın ev sahibliyi etdiyi “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan YUNESKO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan və Türkiyə qardaşlıq münasibətləri, habelə iki ölkənin YUNESKO üzrə Milli Komissiyaları müstəvisində sıx əməkdaşlıq məsələləri müzakirə edilib. Bu xüsusda türk dünyasına məxsus ortaq miraslarımızın YUNESKO-nun müvafiq irs siyahılarına birgə təqdim edilməsi məsələlərində qarşılıqlı dəstəyin vacibliyindən söz açılıb.
C.Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində ölkəmizin mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirərək ötən müddət ərzində mədəni sərvətimizə vurulmuş ziyandan, mədəni irsimizin qəsdən tarixi-mədəni xarakterinin dəyişdirilməsindən bəhs edib. Habelə, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan danışıb.
Bundan əlavə, nazir 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verərək işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizəsi və bərpası işlərinin aparıldığını qeyd edib.
Nazir Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə YUNESKO-ya xəbərdarlıq etdiyini və işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığını diqqətinə çatdırıb.
Görüşdə qarşı tərəf öz növbəsində TÜRKSOY-a üzv ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Azərbaycanı təbrik edib.
Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərində mədəni irsinin qorunmasının beynəlxalq səviyyədə ortaq məsuliyyətimiz olduğunu diqqətə çatdırıb.
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb