Diqqət: Nazirlik işçi axtarır!

img

30-04-2014 [11:36]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə respublikanın bölgələrində aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarını davam etdirir. Növbəti əmək yarmarkası mayın 1-də İsmayıllı rayonunda keçiriləcək.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yerinin çıxarılması nəzərdə tutulur. Həmçinin yarmarkada boş iş yerləri təklif edilməklə yanaşı, işaxtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyata alınması da təmin ediləcək.

Qeyd edək ki, bu ilin may ayında Yardımlı, Qobustan, Şəki rayonlarında və Naftalan şəhərində, növbəti aylarda digər bölgələrdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA