Adil Əliyev: “Fransa ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir”

img

02-12-2022 [11:47]


“Fransa ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir”.

Bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev Milli Məclisdəki deyib.

Sədr müavini bildirib ki, Fransanın ölkəmizə qarşı apardığı riyakar siyasət onun ikiüzlü olmasını hər zaman büruzə verir: “Daim Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxırlar. Azərbaycan siyasi, iqtisadi, hərbi çəkisinə görə Cənubi Qafqazın əsas dövlətidir. Erməni lobbisinin təsiri ilə hərəkət edənlər ədalət hissini boğmaqla yanaşı, Fransanın milli və təhlükəsizlik maraqlarını da bir tərəfə qoyur. Çünki Fransanın milli və təhlükəsizlik maraqları Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı diqtə edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR