Nazir «Azərfon» və «Bakcell»ə hücuma keçdi – MİLYONLUQ QALMAQAL

img

27-04-2014 [23:19]



Rabitə Yüksək Texnologiyalar Nazirliyi «Azərfon» «Bakcell» şirkətlərinə basqı qurmağa başlayıb. Səbəb isə hər iki mobil şirkətinin nazirliyin «Aztelekom» İstehsalat Birliyinə olan borclarını ödəməkdən yayınmalarıdır.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, hər iki şirkət bir ildən çoxdur «Aztelekom»un ötürücülərindən etdikləri istifadəyə görə borclarını ödəməyiblər: «Nazirliyin adıçəkilən qurumunun rəsmi şifahi çağırışlarına da adıçəkilən şirkətlər məhəl qoymayıb. Buna görə həm «Azərfon», həm «Bakcell» məhkəməyə cəlb olunub. Birlik hər iki şirkətdən borclarını dəbbə pulunu tələb edir».

 Mia.az-ın xəbərinə görə, hər iki şirkətə qarşı məhkəmə iddiasına birinci məhkəmə instansiyalarında baxılıb. Hazırda «Azərfon» «Bakcell»in işi üzrə proses Bakı Apellyasiya Məhkəməsinin icraatında araşdırılır».

Məlumata görə, "Aztelekom” İB-in "AzərfonMMC- qarşı borc və vurulmuş zərərin alınması, "Bakcell LTDMMC- qarşı isə dəymiş ziyanın və dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində may ayının 1- baxılacaq. Birinci şikayət hakim Həmid Həmidovun, ikinci isə hakim Cahangir Yusifovun sədrliyi ilə araşdırılacaq. 

Məlumatda o da bildirilir ki, hər iki şirkət mövcud qanunlara zidd olaraq özbaşına beynəlxalq arenaya çıxış məqsədiylə razılaşdırılmamış ötürücülər də qurublar ki, bu da nazirliyin ciddi narazılığına səbəb olub. Əlavə araşdırmalarımız olacaq. Mia.az-ı izləyin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA