Musa Urud yazır: "Zəngəzuru tanıyaq və tanıdaq" - Zəlimxan Yaqubun Zəngəzur bayatıları
03-11-2022 [19:21]
Musa URUD,
Millət vəkili
(On birinci məqalə)
***
Hörmətli dostlar, layihəmizin on birinci məqaləsini bir həzin və nisgilli xatirə ilə davam etdirmək istəyirəm.
Düz iyirmi il əvvəlin, 2002- ci ilin söhbətidir. Milli Məclisin növbəti iclas günlərinin birində foyedə xalq şairi, millət vəkili Zəlimxan Yaqubla üz- üzə gəldik, hal əhval tutandan sonra böyük şair və səmimi insan, saz- söz xiridarı, el- oba adamı rəhmətlik Zəlimxan müəllim özünə məxsus ləngərli, gur səsi, şirin Borçalı ləhcəsi ilə soruşdu:
- Musa qağa, təzə nə yazersən, çoxdandı maa şeir oxumeersən?
Zəlimxan muəllim,- dedim,- Zəngəzurun tarixi, etnoqrafiyası, toponimləri ilə bağlı araşdırmalarla məşğulam, belə kitablar həm indi lazımdır, həm də bizdən sonra gələn nəsillər üçün yol xəritəsi ola bilər. Bir də ki, poeziyamızın Zəlimxan Yaqubu olan yerdə bizim şeirlərimizə o qədər də ehtiyac yoxdur.
Sözlərim, xüsusi ilə sonrakı ifadələr xoşuna gəldi, ürəkdən gülərək əlavə etdi:
- Yox, elə demə, şeir yazmağı davam et, hər ağacın öz meyvəsi, hər meyvənin öz dadı var. Hər şair poeziyamıza bir rəng qatır, bir töhvə verir.
Sonra isə birdən çöhrəsinə kədər çökdü:
- Heyif o dağlarımızdan, buz bulaqlarımızdan, o elləri itirməklə təkcə torpağımızı itirmədik, yer adlarımız, nəğməmız, bayatımız, adət- ənənəmiz , bölgə genofondumuz unudula, dağıla bilər. Zəngəzur vacib mövzudur, şeiri sonra da yazmaq olar.
Beləcə, bir xeyli Zəngəzurdan danışdıq.
Bu söhbətin üstündən bir neçə gün keçmişdi ki, Zəlimxan Yaqub bir axşam ev telefonumuza zəng vurdu, adəti üzrə mehribancasına hal- xoş edəndən sonra dedi:
- O günükü Zəngəzur barədə söhbətimizi heç unuda bilmirəm. Zəngəzur deyəndə ilk ağlıma gələn Sarı Aşıq, Sarı Aşıq deyəndə isə bayatı olur. Böyük bayatı ustadını rəhmətlə xatırlayaraq, istəyirəm mən də Zəngəzur bayatıları yazam. (Sarı Aşıq və Zəngəzur bayatıları haqqında növbəti məqalələrimizin birində məlumat verməyə çalışacağam- M.U).
Sevindim,- çox gözəl olar, Zəngəzura böyük tohvə olar, mən də kitabıma əlavə edərəm.
- "Mənə Zəngəzurda məşhur olan bir neçə toponim söylə-, qoy bayatıda bu adlarımız yaşasın"-, dedi böyük şairimiz!
Eləcə telefonda ekspromt olaraq bir neçə toponim, hidronim və mikrotoponimi sadaladım, Zəlimxan müəllim də xəttin o başında vərəqə köçürdü.
Milli Məclisin növbəti iclasında xalq şairimiz 12 bayatı yazılmış vərəqi mənə verdi, istəsən kitabında istifadə edə bilərsən,- dedi.
Beləcə gözəl bir yaradıcılıq nümunəsi meydana gəldi.
İndi Zəngəzur haqqında silsilə məqalələri yazarkən bənzərsiz şairimiz Zəlimxan Yaqubu bir daha rəhmətlə anıram və onun Zəngəzura böyük sevgi ilə həsr etdiyi bayatıları hörmətli oxucularımızla bölüşdürməyi faydalı hesab edirəm. Doğrudan da, yazıya pozu yoxdur, yazılan qalır: Zəngəzur ellərindən Salam olsun haqq dünyasındakı Zəlimxan Yaquba!
***
Gül çəmənin mehrimi,
Qaya dağın möhrümü?
MEHRİM uzaqda qalıb
Kimə salım mehrimi?
***
Bu torpaq ZƏNGİLANDI,
Haqqa səcdə qılandı.
Boynumuza dolanan,
Gör, neçə rəng ilandı.
***
Canımda bir sazaq var,
Yaxın yoxdu, uzaq var.
Nə NÜVƏDİ, QAÇARAN,
Nə də ki, AĞBULAQ var.
***
ƏYİNLİ əyin dilər,
Bəysizlər bəyin dilər.
BƏRGÜŞADA boylanan
Görəsən nəyin dilər?
***
UZ kəndi, UZ elləri,
Yanşaq, qopuz elləri.
Hanı bəy babalarım,
Hanı OĞUZ elləri?
***
Gur çaylarım gur idi,
Həsrət gördü qurudu.
Göz görmür, əl yetişmir,
Necə gəzim URUDU?
***
SALVARTI mənim idi,
Sünbülüm, dənim idi.
BƏRK DƏRƏ nin bərkliyi,
Düşmənə qənim idi.
***
Yandıran sənəm ola,
Od tutan sinəm ola.
SARIYAL göy yaylağım,
ÇADIRDAŞ binəm ola.
***
Baxdım bağa-bostana,
Həsrət döndü dastana.
Görünmür PALANTÖKƏN,
GÜLLÜ YURD, AĞ YASTANA.
***
Mən qəmin təkəriyəm,
Tək dərdin tək əliyəm.
Tora düşmüş LAÇINAM,
Hönkürən HƏKƏRİYƏM.
***
Zəngilanda qar sızlar,
Qara düşər, yar sızlar.
BAHARLI əldən gedib,
Neyləsin baharsızlar?
***
Dağ başı QUBATLIDI,
Şimşəkdən qanatlıdı.
Hər gün qisas almağa
Oğulları atlıdı.
Məqalənin əvvəlində qeyd etdiyim kimi, bu bayatıları böyük şairimiz 2002- ci ildə yazmışdı. Bu bayatıların hər sətrində o illərin nisgili, həsrəti və qayıdış ümüdi hiss olunmaqdadır.
Çox heyif ki, Zəlimxan Yaqub dünyasını vaxtsız dəyişdi, Qarabağın, Şərqi Zəngəzurun azad günlərini, ölkəmizin bütövləşmiş yeni tarixini görmək ona qismət olmadı. Ruhu şad olsun!
... İndi daha Laçın torda deyil, Həkəri hönkürüb ağlamır, əksinə, azad Vətən torpağında xoşbəxtcəsinə çağlayaraq bağlarımıza, əkinlərimizə bərəkət gətirir.
... İndi daha Zəngilanda qar sızlamır, əksinə, həyat qaynayır, Ağalıda ağıllı, vətənpərvər gənc nəsil böyüməkdədir.
... İndi daha həsrətimiz dastan dönmür, tarixə qovuşur. Dastana dönən isə Dəmir Yumruq, Tunc İnam, Zəfər Paradıdır!
... İndi "Bərk dərənin bərkliyi" Dəmir yumruğa dönərək düşməni yerində otuzdurub, qəhrəman əsgərlərimiz İşıqlı dağında, Salvartı yaylağında Vətənin keşiyini çəkirlər, Urudu, Uz yurdunu, Oğuz ellərini gedub gəzməyə sanılı günlər qalıb.
... İndi daha Mehri uzaqda qalmayıb, lap yaxındadı, bu gün sabah Mehridən, Nüvədidən keçib Naxçıvana, Qarsa, Avropaya gedəcəyik.
... Qədim İpək yolunun Zəngəzur dəhlizi ilə irəlilədikcə qatardan o gözəl dağlara, dərələrə, çaylara əl edəcəyik və var səsimizlə dünyaya səslənəcəyik:
ZƏNGƏZUR AZƏRBAYCANDIR!
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər