Azad Rəhimovun nazirlikdəki korrupsiya faktları - Hesabalama Palatası

img

23-04-2014 [11:56]


Hesablama Palatası Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbələrə münasibət bildirib. 

Palatadan verilən məlumata görə, bəzi informasiya agentliklərində Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilib. 

"Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib. 
Audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb".

Məlumatın birtərəfli qaydada verilməsi və konteksdən çıxarılaraq təhrif edilməsi Hesablama Palatası tərəfindən qərəzli mövqe kimi qiymətləndirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA