Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərə 21,3 milyard dollar investisiya qoyub
28-09-2022 [17:53]
Hazırda Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri ilə ticarət dövriyyəsi 4,6 milyard ABŞ dollarını ötüb, bu ölkələrin Azərbaycan iqtisadiyyatına 13,8 milyard ABŞ dolları, Azərbaycanın isə üzv dövlətlərə 21,3 milyard ABŞ dolları investisiya qoyub.
Mia.az Energetika Nazirliyinə istinadla bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən TDT-nın enerji nazirlərinin ikinci iclasında çıxışı zamanı deyib.
Nazir TDT-ni müasir geosiyasi və enerji təhlükəsizliyi reallıqlarında strateji əhəmiyyəti artan effektiv əməkdaşlıq platforması kimi qiymətləndirib. Türk dövlətləri liderlərinin son dövrlərdə intensivləşən qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında münasibətlərin dərinləşməsini, müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edən qərarlarının türk birliyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevin strateji təşəbbüsləri və Vətən müharibəsindəki qələbəmizin uzun illərdən sonra türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə coğrafi birliyi üçün imkan yaratdığı vurğulanıb.
TDT enerji nazirlərinin ilk görüşündən ötən dövr ərzində Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Türkmənistanla təbii qaz mübadiləsinə başlanması, “Dostluq” yatağı üzrə işbirliyi, Özbəkistanla 30 istiqaməti əhatə edən Yol Xəritəsinin imzalanması, Qazaxıstanla enerji tərəfdaşlığının genişləndirilməsi planları ilə Azərbaycanın türk dövlətləri arasında enerji əməkdaşlığına töhfə verdiyi qeyd edilib.
Elektrik enerjisinin Türkiyə üzərindən Zəngəzur dəhlizi və Macarıstanın da qoşulacağı Qara dəniz sualtı elektrik xətti ilə nəqlinin isə türk dövlətlərinin enerji birliyini, həmçinin Avropa ilə inteqrasiyasını təmin edəcəyi bildirilib. Bu xüsusda, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizinin perspektivləri diqqətə çatdırılıb.
“TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu Aİ-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyard kubmetrə çatdırılmasını zəruri etdi. Cənub Qaz Dəhlizinin genişləndirilməsi təkcə Azərbaycan və Türkiyənin geniş coğrafiyada enerji təhlükəsizliyinin təminatındakı mövqelərini möhkəmləndirmir, qardaş ölkələrin də yeni bazarlara çıxışına imkanlar yaradır”, - P. Şahbazov bildirib.
Vurğulanıb ki, ötən ildən indiyə kimi TANAP və TAP ilə Türkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Həmçinin Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı - 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi