"Azercell" şəbəkəsini yüksək templə genişləndirir
05-09-2022 [12:21]
"Azercell Telekom" MMC şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsinə dair işlərin ilk mərhələsini başa çatdırıb. Şirkət bu genişmiqyaslı layihəni avqust ayının əvvəlində həyata keçirməyə başlayıb və bu müddət ərzində Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki və Yardımlıda quraşdırılmış 250 baza stansiyasında təkmilləşdirmə işləri aparıb.
Mia.az xəbər verir ki, şirkət qeyd olunan rayonlarda abunəçilərini daha da keyfiyyətli bağlantı və yüksəksürətli mobil internet xidmətləri ilə təmin etməyə müvəffəq olub. Bunun sayəsində Azercell müştəriləri mobil tətbiqlər, təhsil platformaları, sosial şəbəkələr, videozənglər, videokonfranslar və digər rəqəmsal xidmətlərdən praktiki istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqlar.
Layihə çərçivəsində lider mobil operator müştərilərinin sürətlə artan ehtiyaclarını qarşılamaq və gözləntilərini üstələmək məqsədi ilə növbəti 18 ay ərzində bütün respublika boyunca 300-dən çox yeni radio baza stansiyası quraşdıracaq və 1 600-ə yaxın mövcud baza stansiyanı təkmilləşdirəcək.
İşğaldan azad olunmuş ərazilərdə də keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini diqqət mərkəzində saxlayan "Azercell" təkcə Laçın rayonunda 11 baza stansiyası quraşdırıb və artıq Zabux, Sus və digər kəndlərdə mobil rabitə xidmətləri göstərməyə başlayıb.
Onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu məhz "Azercell" qurub. Şirkətin şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini əhatə edir.
Ümumilikdə, "Azercell" qeyd olunan regionlarda artıq 80-dən çox radio baza stansiyası quraşdırıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.
"Azercell" şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə layihəsini həyata keçirildiyi müddət ərzində ictimaiyyətə mütəmadi olaraq görülən işlər haqda yeniliklər təqdim edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi