20-04-2014 [23:19]
Rusiya prezidenti Vladimir Putin canlı telekörpü zamanı Qərbi nəzərdə tutaraq "Biz onların hamısını məhv edərik",- bəyanatını verərkən, bu ölkənin Xarici işlər naziri Sergey Lavrov Cenevrədə rusiyayö-nümlü separatçıların Kremlin dəstəyi ilə Ukraynanın Cənub və Şərqində qazandıqları uğurları təslim etməkdə idi. Çünki ABŞ-Avropa Birliyi-Rusiya və Ukraynanın Cenevrədə keçirilən dördtərəfli danışıqlarının sonunda qəbul edilən sənəddə əksini tapanlar rəsmi Moskvanın böyük diplomatik məğlubiyyətə uğradığını göstərirdi. İndi Putinin məğlubiyyətin altından çıxmaq üçün iki yolu var; Ya Kreml anlaşmaya əməl edib Ukraynadakı separatçılığı qızışdırmaqdan və dəstəkləməkdən əl çəkməli, ya da bu anlaşmanın onun iradəsindən kənar olduğunu bəyan edərək, Xarici işlər nazirini istefaya göndərməlidir.
Ən gözəl saatların vətənində vaxt yenidən quruldu
Ən gözəl saatların istehsal olunduğu Cenevrə, həm də böyük diplomatiyanın azsaylı görüş məkanlarından biri kimi tanınır.
Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, çox böyük geosiyasi əhəmiyyətə malik Ukrayna hadisələrinin birinci mərhələsinin bitməsi, ikinci mərhələnin başlandığını rəsmiləşdirən diplomatik görüş aprelin 17-də Cenevrədə baş tutdu. Amma ABŞ prezidenti Barak Obamanın Rusiyanın dövlət başçısı ilə hələ bir neçə gün əvvəl əldə etdiyi razılaşma da, görüşün baş tutacağını dəqiqləşdirmirdi. Çünki Ukraynanın Şərqində və Cənubunda separatçıların dövlət binalarını ələ keçirməsi, bundan sonra rəsmi Kiyevin vəziyyəti nəzarət altına almaq məqsədilə güc tətbiq etmək qərarı və Rusiyanın buna cavab olaraq Ukraynaya ordu yeridə biləcəyini bəyan etməsi prosesləri hər an nəzarətdən çıxa biləcək hala gətirmişdi.
Ukraynanın Şərq və Cənub hissəsində separatçılığın qızışmasında Rusiyanı ittiham edən Qərb isə sərt sanksiyalar hazırladığını bəyan edirdi. Belə görünürdü ki, dördtərəfli Cenevrə danışıqlarının baş tutmaq ehtimalı azdır. Hətta danışıqların Rusiyanın iştirakı olmadan baş tutma ehtimalı da gündəmdə idi. Lakin aprelin 16-da Rusiya danışıqlara qatılacağını bəyan etdi.
Rusiyanın danışıqlara qatılması təəccüblü görünsə də, Moskvanı bu görüşə qatılmağa vadar edən səbəblər artmaqda idi. Cenevrə danışıqlarından bir neçə saat əvvəl BMT Təhlükəsizlik Şurasında Ukraynada yaranmış vəziyyət yenidən müzakirə olunmuşdu. Müzakirədə BMT Baş Katibinin müavini İvan Şimo-noviçin Ukraynada insan hüquqlarına dair hesabat məruzəsi dinlənilmiş və məlum olmuşdur ki, bu ölkədə rusdilli əhalinin hüquqları pozulmur. Əksinə, Krımın ilhaqından sonra yarımadada yaşayan Krım türk-ləri və ukraynalılar təzyiqlərə məruz qalırlar. Hətta məlum olmuşdur ki, işğaldan sonra üç min Krım türkü vətənini tərk etmək məcburiyyətində qalıb.
Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin hesabatı tənqid etsə də, onun mövqeyini kimsə müdafiə etmədi. Rusiya, hətta Çindən də dəstək ala bilmədi. Rusiyanın getdikcə daha çox təcrid olunması və təklənməsi göz önündə idi və Moskva belə bir şəraitdə Cenevrə danışıqlarını boykot edə bilməzdi. Boy-kot qərarı Rusiyanın təcridini sürətləndirərdi.
Rusiyanı Cenevrə danışıqlarına qatılmağa vadar edən ən önəmli səbəblərdən biri də Qərbin sərt sanksi-yalara əl atacağı ilə bağlı son xəbərdarlıqları oldu. Çünki Rusiya iqtisadiyyatında yaranan durğunluq hö-kumətin iqtisadi blokunu ciddi narahat edir və sanksiyaların böhrana səbəb olmaq təhlükəsi var.
Putini geri çəkilməyə və Sergey Lavrovu Cenevrəyə göndərməyə vadar digər önəmli səbəb Rusiyanın daxilində etirazların artmasıdır. Hətta Krım məsələsində susanlar da Ukrayna ilə müharibə arzulamırlar.
Digər tərəfdən, Qərbin əvvəlki sanksiyaları artıq müəyyən nəticə verir və Rusiyada böyük əksəriyyət "soyuq müharibə" dövrünə qayıtmaq istəmir. Rusiya elitası yenə Qərbin səhiyyə müəssislərində müali-cə olunmaq, övladlarını Qərb ölkələrinin ali məktəblərində oxutmaq və ən nəhayət, Qərbdə mülkiyyət sahibi olmağa çalışırlar. Putinin Qərblə qarşıdurması isə onların bu arzularını təhlükəyə atır. Ona görə də Putin onun hakimiyyətinin əsasını təşkil edən bu zümrənin arzularını nəzərə almaya bilməzdi. Təsadüfi deyil ki, aprelin 17-də Lavrov Cenevrədə güzəştə gedərkən, Putin də Qərblə Rusiya arasında "dəmir pərdə"nin bir daha olmayacağını söyləyirdi. Bütün bu səbəblər Rusiyanı geri çəkilməyə vadar etdi və Lavrov Cenevrə görüşünə qatılaraq, faktiki olaraq rəsmi Kiyevin diplomatik qələbəsi hesab olunacaq sənədi imzaladı. Yəni, Cenevrədə "saatlar yenidən quruldu" və Ukrayna ilə bağlı böyük geosiyasi oyunun birinci mərhələsi yekunlaşdı.
Cenevrədə ABŞ, Avropa Birliyi, Rusiya və Ukraynanın xarici siyasət idarələri rəhbərlərinin start verdikləri ikinci mərhələnin hansı istiqamətdə gedəcəyi Rusiyadan və onun dəstəklədiyi separatçılardan asılıdır.
Qərb yumruğunu aşağı salmaq istəmir
Cenevrədə razılaşamanın əldə olunmasına baxmayaraq, Qərb Rusiyaya inanmadığını nümayiş etdirərək Ukraynanın Şərq və Cənub hissələrində baş verəcək hadisələrə uyğun addım atacağını bəyan edir. Cenevrə danışıqlarından sonra mətbuata açıqlama verən ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Rusi-ya Ukraynanın Şərqində və Cənubundakı separatçıları geri çəkməsə, bu separatçılar zəbt etdikləri küçə və meydanları, inzibati binaları boşaltmasalar, sanksiyaların üçüncü hissəsi tətbiq ediləcək.
Cenevrə danışıqları bitər-bitməz ABŞ prezidenti Barak Obama ilə Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub. Hər iki lider Rusiyanı anlaşaya dərhal əməl etməyə, qeyri-rəsmi ordusu-nu Ukraynadan çıxarmağa çağırıblar. Əgər ən qısa zamanda Rusiya Ukraynanın Şərqində və Cənubunda vəziyyəti sabitləşdirmək üçün addımlar atmasa, Qərb tərəddüd etmədən sərt sanksiyalara əl atacaq.
Rusiyanın Krımı ilhaq etməklə Qərblə münasibətlərinə böyük zərər vurması isə Cenevrə anlaşmasının əldə olunması ilə düzələn deyil.
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Cenevrədə Krımla bağlı danışıqlar olmasa da, heç kim Krım məsələsinin arxada qaldığını düşünməməlidir. Belə görünür ki, Qərb Krımın işğalı ilə barışmayacaq və bu amil Rusiya ilə münasibətlərə öz təsirini göstərəcək.
Rusiyanın öz hərbi gücündən siyasi məsələləri həll etməyə başlamasından sonra Qərb də yumruğunu havaya qaldırıb. Belə görünür ki, onu hələlik aşağı salmaq niyyətində deyil.
Rusiyanın Krımı ilhaq etməsindən dərhal sonra NATO özünün Şərqi Avropadakı qüvvələrini gücləndirmək yolunu tutub və bu siyasət davam edəcək. Baltik dənizinə hərbi gəmilər göndərən Şimali Atlantika Alyansı Şərqi Avropa ölkələri ərazisindəki hərbi təyyarələrinin də sayını artırır. Bundan başqa, ABŞ-ın hərbi gəmiləri növbə ilə Qara dənizdə peyda olur və Montre müqavilsinə uyğun olaraq 21 gün Qara dənizdə üzdükdən sonra ərazini tərk edir. Yəni, dünyanın ən güclü donanmasının gəmiləri Montre müqaviləsini pozmadan, Qara dənizdə mövcudluğunu nümayiş etdirir.
Bütün bunlarla yanaşı, ABŞ Şərqi Avropada Hava Hücumundan Müdafiə sistemlərini qurmaqda və əs-gərlərinin sayını artırmaqda qərarlıdır. Tezliklə Şərqi Avropada ABŞ-ın yeni hərbi bazaları yaradılacaq. Bununla yanaşı, Rusiyanın yüksək texnologiyalara çıxışı məhdudlaşdırılacaq və iqtisadi münasibətlər zəiflədiləcək. Eyni zamanda, Qərb NATO-nun qapılaraını daha geniş açmaq niyyətindədir və çox güman ki, Gürcüstanın Şimali Atlantika Alyansına qəbulu sürətləndiriləcək. Rusiyanın davakar siyasətindən ehtiyat edən digər respublikaların da NATO-ya qəbulu sadələşdirilə, tələblərin bir hissəsi arxa plana keçirilə bilər.
Əgər Rusiya Cenevrə anlaşmasına əməl etməyib Ukraynadakı separtizmi dəstəkləməkdə davam etsə, Qərb sərt sanksiyalara əl atacaq. Bununla da Qərblə Rusiya arasında "soyuq müharibə" yenidən başla-yacaq. Bunun qanlı müharibəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar yaransa da, belə bir təhlükə çox az ehtimal olunur. Baxmayaraq ki, Putin NATO-nu nəzərdə tutaraq "biz onların hamısını məhv edərik",- tipli bəyanatlar verir, Barak Obama isə "Rusiya rəsmiləri də ABŞ ordusunun daha güclü olduğunu bilirlər",-söyləyir.
Cenevrə anlaşmasının əldə olunması ilə Ukraynada baş verən hadisələrin birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin başlandığını qeyd etdik. İkinci mərhələnin hansı müddətə qədər davam edəcə-yini bilməsək də, bu mərhələnin bitməsi ilə postsovet məkanında yeni bir mərhələnin başlayacağını dəqiq bilirik.
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib