20-04-2014 [14:36]
Gəlin, əvvəlcə bu xəbəri oxuyaq: "Aprelin 12-də dələduzluq ittihamı ilə həbs olunmuş teleaparıcı İlham Mirzəyevin bir neçə ay əvvəl tutdurduğu Asif Əliyevin məhkəməsi yekunlaşıb. Dünən Yasamal Rayon Məhkəməsində elan olunan hökmə əsasən, Asif Əliyev həbsdən azad edilib”.
Elə bilirəm ki, bu yerdə qısa izahata ehtiyac var: İlham Mirzəyevin tutdurduğu Asif Əliyev xuliqan deyil. Ona Cinayət Məcəlləsinin 134-cü (hədələmə) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılsa da, bu, sübuta yetirilməyib. Buna baxmayaraq, İlham Mirzəyev Asif Əliyevi bir neçə ay həbsdə saxlatmağa müvəffəq olub. Ortaya sual çıxır: hamının tanıdığı İlham Mirzəyev heç kimin tanımadığı Asif Əliyevlə nəyi bölə bilmirmiş? İndi bu sualın cavabı heç kimə sirr deyil. Sən demə, Asif Əliyev İlham Mirzəyevin dayısı qızının keçmiş həyat yoldaşı olub. Asifin dayısı qızını boşamasını həzm edə bilməyən İlham Mirzəyev əlaqələrindən istifadə edərək, onu dəmir barmaqlıqlar arxasına göndərib. Bunun üçün Asif Əliyevə qarşı qurama ittihamlar irəli sürülüb. İlham Mirzəyev iddia edib ki, Asif Əliyev "Space” telekanalının binası qarşısında onu döyüb, ölümlə hədələyib.
Doğrudanmı, Asif Əliyev "Space” telekanalının qarşısında İlham Mirzəyevi döyüb? Asif Əliyevin vəkili sübut edib ki, teleaparıcının bu iddiasının heç bir əsası yoxdur. Vəkilin mobil operatorlardan aldığı arayışlarda göstərilir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt İlham Mirzəyev "Space” telekanalının yaxınlığında olmayıb. Həmin vaxt onun telefonu "8-ci kilometr” qəsəbəsi yaxınlığındakı mobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində olub. Təəssüf ki, ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzası istəmişdi. Əgər İlham Mirzəyev aprelin 12-də həbs olunmasaydı, məhkəmə Asif Əliyevə ən azı 4 il həbs cəzası kəsib, onu cəzaçəkmə müəssisələrindən birinə "islah olunmağa” göndərəcəkdi. Beləcə, Asif Əliyev İlham Mirzəyevin dayısı qızını boşamağının bədəlini ömrünün 4 ilini dəmir barmaqlıqlar arxasında keçirməklə ödəyəcəkdi...
İlham Mirzəyevlə yaxından-uzaqdan heç bir tanışlığım olmayıb. Arzu edirəm ki, Allah-Təala bütün məhbusların, o cümlədən İlhamın da tezliklə qapısını açsın. Üstəlik, dəmir barmaqlıqlar arxasında olduğu üçün onun haqqında nəsə yazmağı özümə rəva bilmirəm. Amma prosesdə iştirak edən prokurora deməyə bir-iki kəlmə sözüm var: görəsən, heç bir günahı olmayan Asif Əliyev üçün 5 il həbs cəzası istəyəndə bu adamın vicdanı sızladımı? Yaxud, İlham Mirzəyev tutulandan sonra məhkəmə ədaləti bərpa etməyə qərar verəndə, hüququ bir teleaparıcının ayaqları altına atdığı üçün az da olsa, utandımı?
Səndən soruşuram: utandınmı, prokuror?!
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib