Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə təbrik mesajı: "Şuşa Bəyannaməsinə əsasən..."
29-08-2022 [12:19]
Azərbaycan Müdafiə Nazirliyi Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib.
Mia.az xəbər verir ki, təbrikdə deyilir:
"Bu il avqustun 30-da Türkiyənin İstiqlal Savaşındakı əzm, qətiyyət, dözümlülük, şücaət, rəşadət, qəhrəmanlıq və vətən sevgisi nəticəsində əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 100-cü ildönümünü qardaş Türkiyə və Azərbaycan xalqları hədsiz qürur hissi ilə təntənəli şəkildə qeyd edəcəklər.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də yüksələn xətt üzrə inkişaf etdirilməkdədir.
Danılmaz həqiqətdir ki, qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsinə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolları vardır.
Azərbaycanın etibarlı müttəfiqi olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsidir. Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələr hərbi sahədə mövcud əməkdaşlığın inkişafına yeni imkanlar açır. Hərbi əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir. Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir. Bu münasibətlərimizin bundan sonra da davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.
Vətən müharibəsi Azərbaycan-Türkiyə əlaqələrini daha da möhkəmləndirdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Azərbaycan xalqı küçələrə axışdı və böyük sevinc hissi ilə Azərbaycan və Türkiyə əsgərlərini salamladı. Bu tarixi gündə Azərbaycanın bütün şəhərləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.
Hazırda Azərbaycan-Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykənir və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verməkdədir.
Eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri tarix boyu mövcud olub və olacaqdır.
Bu əlaqələr getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaq.
1922-ci il avqustun 30-da milli azadlıq mücadiləsinə qalxan mətanətli Türkiyə ordusu böyük sərkərdə, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün komandanlığı altında Qurtuluş Savaşının taleyini və Türkiyənin gələcək müqəddəratını həll edəcək zəfər qazanmışdır. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.
Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türk millətinin göstərdiyi şücaət Türk tarixinə qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır. Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət – Azərbaycan və Türkiyənin timsalında gerçəkliyə çevrilib.
Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi və şəxsi heyətini Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır".
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir bələdiyyə sədri tutulub
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub