Prezidentin köməkçisi Şuşada beynəlxalq konfransda: "Ordumuz Xankəndini azad etməyə çox yaxın olub, amma..."
27-08-2022 [13:08]
“Azərbaycan Ermənistanla əbədi sülhə hazır olduğunu bildirib, çünki yalnız iki yol var - əbədi sülh və ya əbədi müharibə”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xankəndinin azad edilməsinə çox yaxın olub: “Amma bunun həm də ordu ilə mülki şəxslər arasında qarşıdurma olacağını başa düşən ölkə rəhbərliyi bunu etməmək qərarına gəlib”.
H.Hacıyev azərbaycanlılarla Qarabağ ermənilərinin bir ölkənin vətəndaşı kimi dinc yanaşı yaşamasının mümkünlüyünü də vurğulayıb: “İndi bu, Azərbaycanın daxili məsələsidir. Mövcud məsələlərin həlli üçün vasitəçi kimi Minsk qrupuna müraciət etməyə çalışanlara bir mesajım var: həm bu qrup, həm də vasitəçinin tələb olunduğu beynəlxalq problem yoxdur”/Report.
***
Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
Mia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Tədbiri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıb.
O bildirib ki, bu gün Şuşa nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın diplomatik mərkəzlərindən, paytaxtlarından birinə çevrilməkdədir:
"Konfransın da əsas mahiyyəti diplomatik korpusun nümayəndələrini Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma və rekonstruksiya layihələri barədə yerində məlumatlandırmaqdır. Bu səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, səfirlik əməkdaşları, hərbi attaşelər, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələri, həmçinin Azərbaycanda qeyri-rezident əsnasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir. Bura xüsusən Ankara, Tehran və Moskva şəhərlərindən gəlmiş səfirlər, diplomatik nümayəndələr daxildir. Diplomatik korpusun bütövlükdə 180-ə yaxın nümayəndəsi bu tədbirdə iştirak edir. Diplomatik korpus nümayəndələri mütəmadi olaraq Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqda məlumat almaqda çox maraqlıdırlar. Ona görə də, bu konfransda ilk növbədə Azərbaycan tərəfindən regionda sülhün gücləndirilməsi və ölkəmizin həyata keçirdiyi sülh gündəliyi barədə diplomatik korpus nümayəndələrinə məlumat vermək əsas hədəflərimizdən biri idi. Prezidentin Basqalda Azərbaycan mediasına verdiyi müsahibə əsasında ölkəmizin regional sülh gündəliyinin təfərrüatı barədə geniş məlumatlar çatdırıldı, vacib məqamlara və tezislərə toxunuldu. Bu xüsusda dövlət başçısının qoyduğu xüsusi tapşırıq və tezislərdən irəli gələrək diplomatik korpus məlumatlandırıldı".
H.Hacıyev bildirib ki, Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır: "Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir. Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün bürokratik idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər".
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir bələdiyyə sədri tutulub
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub