Partiya sədri: "Məni ittiham edənlərin kişiliyi və cəsarəti varsa, sözünü iqtidara desin" - MÜSAHİBƏ
26-08-2022 [10:47]
Mia.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, son vaxtlar internet TV-lərdə, sosial şəbəkələrdə ünvanınıza əsassız, bəzən yumşaq desək, etik çərçivəni aşan ittihamlar səsləndirilir. Bu barədə nəsə demək istərdinizmi?
- Belələri arasında heç bir sanballı, vicdanlı və intellekt sahibinə rast gəlməmişəm. Mən həmin rəzil adamları istifadə edənlərə acıyıram. Gör kimlərin ümidinə qalıblar. İqtidarın maliyyələşdirdiyi kanallarda iqtidarın vətənpərvərliyindən danışıb məni rusiyayönümlülükdə ittiham edənlərə və onları öyrədənlərə deyirəm ki, nə 10 noyabr, nə də 22 fevral sazişini mən imzalamamışam. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. İlham Əliyev həmin sazişləri imzalamaqla mümkün olan maksimuma nail olub. Bu gün nail ola bilmədiklərimizə, sabah nail olacağıq.
Sadəcə səbirlə növbəti əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləməliyik. Məhz bu səbəbdən, mən həmin sazişlərin imzalanmasını doğru, iqtidarın Rusiyaya münasibətdə yürütdüyü dostluq və müttəfiqlik siyasətini, ictimai rəyin bunu birmənalı qəbul etmədiyini bilsəm də, milli maraqlara uyğun hesab etmişəm. İqtidarın internet TV-lərindən məni ittiham edənlərin kişiliyi və cəsarəti varsa, sözünü iqtidara desin. Biz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin, Prezidentlərin bir-birinə olan güvəninin hesabına işğal altındakı torpaqlarımızın 80%-ni işğaldan azad etdik. Vay bunu qanmayanların halına. Sosial şəbəkələrdə mənə böhtan atanlara səslənirəm, şəhid ailələrinin, qazilərin, sadə insanların sosial müdafiəsinin gücləndirilməsini, onlara diqqətin artırılmasını hökumətdən tələb edən, iqtisadi, sosial və hüquqi islahatların aparılmasının zəruriliyindən danışan və bu istiqamətdə ən çox təkliflər verən deputat və siyasətçilərdən biriyəm. Ola bilsin sizi böhtana sövq edənləri əslində narahat edən həm də budur. Qoy vicdanı olanlar mənim fəaliyyətimi araşdırsın, sonra danışsın. İntriqaçılara isə deyirəm ki, sizlər iqtidarı səviyyəli dəstəkləmək baxımından yararsız olduğunuzu bilirsiniz və bu işi daha yaxşı görənlər sizdə qıcıq doğurur, ona görə özünüz kimiləri digərlərinin üzərinə qısqırtmaqla onları nüfuzdan salacağınızı düşünürsünüz. Əslində isə iqtidarın siyasətinə qarşı çıxıb onu gözdən salırsınız. İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə, istefa verin, gedin qoşulun iqtidardan qovulub müxalifətçilik edənlərə. Öz səviyyənizdə olanların yanına gedin. Xalq hərəkatının üzə çıxardığı gerizəkalı tör-töküntülərdən, yaxud uğursuz, bir tikə çörəyə möhtac yazıq adamlardan başqalarına qarşı istifadə etməyə çalışmayın.
- Yeri gəlmişkən, iqtidarın işdən qovduğu nazirlər, səfirlər, müşavirin müşavirləri, yaxud iqtidarın deputat və ya yenidən deputat seçilməsinə dəstək vermədiyi adamlar, hökumətlə əməkdaşlıq etmiş, amma sürüşkənliklərinə görə rədd edilmiş partiya sədrləri, “siyasi fəallar”, jurnalistlər sanki yarışırmışlar kimi radikallıqları ilə fərqlənməyə, özlərini əsl müxalifət və bu iqtidarın real alternativi kimi təqdim etməyə çalışırlar. Onlar nə qədər perspektivli işlə məşğuldurlar?
- Bilirsiniz, qeyd etdiyiniz vəzifədə olmuş adamların heç biri aparılan siyasətə etiraz edib istefa verməyiblər, işdən qovulandan, yaxud deputat seçilməyəndən sonra müxalifətçilik etməyə başlayıblar. Onlar vəzifədə olanda bu iqtidarı öyüb, bu gün onların danışdıqları problemləri qaldıranları isə aşağılayıblar. Müxalifətçiliyə də işdən qovulandan dərhal sonra başlamayıblar. Hansısa möcüzənin baş verəcəyini və onlara münasibətin dəyişəcəyini xeyli gözləyiblər, bu istiqamətdə çalışıblar, amma ümidləri üzüləndən sonra başlayıblar müxalifətçiliyə. Bəzilərinin “müxalifətçiliyi”, “vicdanlılığı” isə ayrı-ayrı nazirlərin üzərinə qısqırdılmaqda ehtiva olunur. Onların “mübarizəsi” əqidə, dünyagörüş, ali dəyərlər, qanunların aliliyi uğrunda savaş, vətənpərvərlik davası deyil. Onlar vətənpərvərlik, insan haqları, demokratiya, hüquqi dövlət şüarları altında hakimiyyət uğrunda vuruşurlar, bəziləri sifariş yerinə yetirir. Bu vəzifə hərisləri istəklərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdılar. Sadə insanlar siyasi baxımdan fəal olmasa da əslində nə baş verdiyini, həmin adamların əsl simasının nə olduğunu və onların nə istədiyini yaxşı başa düşür. Onların həllini gözləyən bəzi problemlərdən danışması, rəqiblərini və onlar kimi düşünməyənləri təhqir etmələri onların kimliyini və xalqın onlara olan münasibətini dəyişmir. Ona görə həmin adamlar heç vaxt xalqdan ciddi dəstək ala və bu iqtidarın real alternativinə çevrilə bilməz. Onların ümid bəslədiyi və siyasi dəstək gözlədikləri Qərb və müxtəlif xarici dairələr də bu adamların kimliyini və hakimiyyətə gələrlərsə, Azərbaycanı necə zəlil edəcəklərini də bilirlər və hərə öz marağına uyğun onlardan istifadə edir. Həm də nə xalqımızın böyük çoxluğu, nə də dövlətimiz 30 il bundan öncəki durumda deyil. Onlar gərək bunu nəzərə alsınlar.
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir bələdiyyə sədri tutulub
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub