Üç ölkə arasında BMT rəhbərinin iştirakı ilə saziş imzalandı - Taxıl ixracı ilə bağlı (FOTOLAR/Yenilənib)
22-07-2022 [18:27]
Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Mia.az xəbər verir ki, sazişi Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar.
Saziş BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb.
BMT-nin yüksək rütbəli rəsmisi TASS-a deyib ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək.
Belə ki, tərəflərin Birgə Koordinasiya Mərkəzini tamamlamaq, yoxlamalar aparmaq üçün qruplar yaratmaq, Ukrayna limanlarında taxıl ixracına hazırlaşmaq üçün vaxt lazımdır. O, qeyd edib ki, Ukraynada yeni məhsul yığımı üçün taxıl anbarları boşaldılmalıdır.
BMT-nin yüksək rütbəli rəsmisi İstanbulda imzalanan taxıl müqaviləsinin müddətinin uzadılma ehtimalı ilə 120 gün olduğunu qeyd edib.
Ərdoğan isə bildirib ki, yaxın günlərdə Qara dənizdə dəniz yük daşımaları bərpa olunacaq və bu, bir çox ölkənin ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək
Xatırladaq ki, sazişə əsasən, Ukraynanın 3 limanından təhlükəsiz dəhlizlər vasitəsilə taxıl ixracı ayda təxminən 5 milyon ton, ümumilikdə isə 22 milyon ton təşkil edəcək.
***
Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Mia.az xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.
Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.
BMT Baş katibi Antonio Quterreş çıxış edərək deyib ki, Rusiya Ukraynada savaşa sovn verməlidir: "Hər iki tərəf qanlı müharibəyə son qoymalıdır. İnsanlar ölür. Qara dənizdəki ümid işığının problemin bitməsi istiqamətində addım olacağına ümid edirəm”.
Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.
Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.
***
Sabah Türkiyədə Dolmabahçe Sarayının ofisində Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə taxıl daşınması üzrə müqavilənin imzalanma mərasimi keçiriləcək.
Türkiyə Prezidentinin Administrasiyasından verilən məlumata görə, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş də iştirak edəcək.
Xatırladaq ki, bu məqsədlə bu gün BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi