ABŞ, Rusiya və İranın ortaq marağı, yaxud İran PUA-ları ilə bağlı iddialar nəyə xidmət edir? - Elçin Mirzəbəyli yazır
20-07-2022 [15:05]
Elçin Mirzəbəyli
***
Rusiyanın İrandan 300 Pilotsuz Uçuş Aparatı (PUA) alacağı barədə məlumat Birləşmiş Ştatlar tərəfindən gündəmə gətirildikdən sonra, islam respublikasının arsenalında olan PUA-lar haqqında əfsanə, əsasən postsovet arealını və Yaxin Şərqi dolaşmağa başladı.
Maraqlıdır, görəsən Rusiya həqiqətənmi İrandan çoxlu sayda və modifikasiyada pilotsuz uçuş aparatları almağa hazırlaşırdı, yaxud bu son zamanlar Qərb-Rusiya qarşıdurmasında özünü tez-tez büruzə verən geosiyasi blefin və hibrid savaşın elementlərindən biridir?
Rusiya mediası Türkiyə və İran istehsalı olan PUA-ların müqayisəli və təbliğat xarakterli təhlilini aparsa da, İran PUA-ları haqqında bərbəzəkli, mübaliğəli informasiyalar yayımlasa da, bütün bu mədhiyyələrin sonunda, diqqəti cəlb etməyəcək bir şəkildə rəsmi Moskvanın İrandan Pilotsuz Uçuş Aparatları alacağı təkzib olunur.
Əslində, belə təkzib xarakterli, gözdən yayınan informasiyalar olmasaydı da, Rusiyanın İrandan PUA-lar alacağı bir neçə səbəbdən və öncədən inandırıcı görünmürdü. Əvvala, İranın adı, nəinki dünyanın texnoloji nəhənglərinin siyahısında, heç orta səviyyədə olanların sırasında da yoxdur. Texnoloji tərəqqiyə və innovasiyalara görə, İran dünyada 60-cı, Rusiya isə 40-cı yerdədir. Hərbi-texniki tərəqqiyə və innovasiyaya gəldikdə isə bura Rusiya ilə İran arasındakı fərq o qədər çoxdur ki, müqayisə aparmağa dəyməz. Bu baxımdan, İrandan Pilotsuz Uçuş Aparatlarının alınması, Rusiyanın nüfuzunun dünyanın hərbi nəhənglərindən biri kimi tamamilə Yerlə bir edilməsi deməkdir. Rusiya siyasətinin mahiyyətindən azacıq məlumatlı olan hər kəs çox yaxşı başa düşür ki, Kreml heç bir halda buna getməz. Xüsusilə də indiki şəraitdə...
Digər tərəfdən, Rusiya prezidenti hərbi sənaye kompleksinin qarşısında vəzifə qoyub ki, bu ilin sonunadək yerli Pilotsuz Uçuş Aparatlarının kütləvi istehsalını təmin etsin. Rusiyanın PUA istehsal edən müəssisələrinin mütəxəssisləri və işçiləri, bu ölkənin nüfuzlu hərbi ekspertlərinin verdiyi məlumata görə, üç növbə çalışırlar və 2022-ci ilin dekabrında Rusiya silahlı qüvvələrinin bütün qoşun növlərində müvafiq PUA-ların tətbiqi başa çatdırılmalıdır.
Bütün bunlar o deməkdir ki, Rusiya İrandan Pilotsuz Uçuş Aparatları almayacaq! O zaman belə bir məlumatın mediaya ötürülməsi və saxta həyacan siqnalının çalınması nə üçün lazımdır? Dünyanın aparıcı dövlətlərinin, o cümlədən ABŞ və Rusiyanın hərbi-sənaye kompleksini çıxılmaz vəziyyətə salmış Türkiyə PUA-larının gündən-günə artan şöhrətini şübhə altına almaq üçün. İndiki şəraitdə, belə məlumatların yayılması həm ABŞ-a, həm Rusiyaya, həm də İrana sərf edir.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər