Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ilə görüşüb - Müzakirə (FOTO)
18-07-2022 [21:03]
Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
Mia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun energetika sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar açdığı vurğulanıb.
Tədbirdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, dekarbonizasiya, enerji keçidi, hidrogen də daxil olmaqla bərpa olunan enerji, enerji səmərəlilyi, elektrik enerjisi, “yaşıl enerji” texnologiyaları sahələrində əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Bərpa olunan mənbələrdən istehsal olunan enerjinin elektrik şəbəkəsinə inteqrasiyası, dənizdə külək enerjisi, hidrogen iqtisadiyyatı, karbon ticarəti, istixana qazları emissiyalarının azaldılması kimi sahələrdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. İşğaldan azad edilmiş ərazilərimizdə Yaşıl Enerji Zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verilib, bərpa olunan enerji, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihələrinə və Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsinə dəstək imkanlarının, bununla yanaşı Azərbaycandan Avropaya hidrogen ixracı potensialının araşdırılması kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumdan irəli gələn əməkdaşlıq istiqamətlərinin reallaşdırılması üzrə Yol Xəritəsinin hazırlanması və qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin Azərbaycan-Aİ enerji dialoqu mexanizmi çərçivəsində davam etdirilməsi razılaşdırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi