SOCAR İrpen şəhərinin bərpasına dəstək verir - Açıqlama
11-07-2022 [18:54]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 nömrəli məktəbin bərpası prosesində iştirak edib.
Mia.az xəbər verir ki, bu barədə SOCAR-ın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, Zərifə Əliyeva adına Dostluq parkının abadlaşdırılması istiqamətində də bir sıra işlər görüləcək:
"SOCAR İrpen şəhərinə kömək əlini uzadıb. 12 saylı məktəbin təmirini və Zərifə Əliyeva adına parkın su təchizatını maliyyələşdirəcəyik”, - “SOCAR Energy Ukraine”ın yanacaqdoldurma məntəqələri şəbəkəsinin direktoru İqor Orlov bildirib.
İrpen şəhərinin meri Aleksandr Markuşinin sözlərinə görə, bir çox evlərin, məktəb və uşaq bağçalarının yenidən qurulmasına ehtiyac var: “Bunun üçün çoxlu vəsait və yardım lazımdır”.
“İrpen müxtəlif biznes sahələrində fəaliyyət göstərən bütün müəssisələri şəhərimizin bərpasına qoşulmağa çağırır, sizə müəssisələrinizin adının ömür boyu bizim İrpenin tarixində qalmasını təklif edirik”, - İrpenin İnvestisiya Şurasının rəhbəri Vladimir Karplyuk bildirib.
Xatırladaq ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. 2009-cu ildə şirkət Odessa və Nikolayev vilayətlərində “Tala-Neft” şəbəkəsinin 20-yə yaxın yanacaqdoldurma məntəqəsini, həmçinin Odessa vilayətindəki iri “Rassvet” neft bazasını satın alıb. 2010-2011-ci illərdə isə ONIO (Kiyev və vilayətdə dörd yanacaqdoldurma məntəqəsi) və GFC (Lvov vilayəti) yanacaqdoldurma şəbəkələrinə nəzarəti ələ keçirib.
2012-ci ilin avqustunda SOCAR Ukraynanın Antiinhisar Komitəsindən “Kalina” qrupunun 26 yanacaqdoldurma məntəqəsi və bir neft bazasını almaq üçün icazə alıb. Şəbəkə Ukraynada 57 yanacaqdoldurma məntəqəsini, o cümlədən iki neft bunkerini - Kiyevdə “Bakı-1” və Odessada “Gəncə”ni idarə edir. 2016-cı ilin sonundan şirkət Ukraynada təbii qaz ticarəti ilə də məşğuldur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi