Sumqayıtda "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

img

14-04-2014 [14:13]




Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Sumqayıt Gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində ilk təlim keçirilib. Layihə rəhbəri Arzu Qafarovun "Xeberle.com”-a verdiyi məlumata görə, layihənin məqsədi Sumqayıt gənclərinin sahibkarlıq fəaliyyətinini inkişafe etdirilməsi, biznes planın yazılması, rəqabətə davamlılıq, marketinq və menecment mövzularında onları maarifləndirməkdir.

"Marketinqin əsasları" mövzusu üzrə keçirilən ilk təlimdə iştirakçılar məhsuldarlıq fəaliyyətinin artırılması və bazarda böyük firmalarla rəqabətə davamlı fəaliyyət göstərmək, məhsul istehsal etmək və xidmətlər göstərmək üçün əhəmiyyətli olan marketinq haqqında ümumi və zəruri biliklərlə tanış olublar. Onlara satışın stimullaşdırılması, qiymətləndirmə, reklam və PR barədə ümumi və əhatəli məlumatlar verilib. Təlimdə həmçinin, gənclərə sahibkarlıq fəaliyyətinin hüquqi tərəfləri, əmək müqavilələri, sahibkarlıq fəaliyyətinin hüquqi formalarının seçilməsi haqqında zəruri hüquqi-praktiki məlumatlar aşılanıb.

Sözügedən tədbirdə 27 nəfər iştirakçı gənclərlə yanaşı, KİV nümayəndələri və tanınmış təlimçilər iştirak ediblər.

Layihə çərçivəsində gənclərə sahibkarlıq fəaliyyətinə, yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, öz işlərini səmərəli istifadə etmək üçün məlumatlar vermək, və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanıb və maarifləndirici bukletlər nəşr edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA