Kaliforniyalı professor "Qafqaz"da!

img

11-04-2014 [19:08]


Qafqaz Universitetində Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi(SİTM) mərkəzin üzvləri, Maliyyə, Biznesin idarə edilməsi və Dünya İqtisadiyyatı tələbələri üçün iki günlük layihənin idarə edilməsi mövzusunda təlim keçirib.

Mia.az-a göndərilən məlumatda bildirilir ki, California State Universitetindən gəlmiş təlimçi professor Jorjani tərəfindən keçirilən təlim layihələrin idarə edilməsi ilə əlaqəli əhəmiyyətli sayılan layihənin planlaşdırılması, təşkil edilməsi və nəzarət edilməsi kimi mövzuları əhatə olunub: "Təlimin ilk günündə Professor Jorjani ilkin olaraq layihənin planlaşdırılması və CPM(Kritik yol metodu), PERT(proqram qiymətləndirilməsi və gözdən keçirilməsi texnikası) kimi layihələrin təşkil edilməsi metodlarından danışıb. Təlimin ikinci günündə tələbələr layihənin planlaşdırması və vaxtının idarə edilməsi üzrə nümunələr və məsələlər üzərində çalışıblar.Tələbələr və müəllimlər, həmçinin layihənin idarə edilməsi metodlarını biznes və tədqiqat layihələrinə tətbiqini də öyrəniblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA