Avropada qazın qiyməti 1300 dolları keçib

img

20-06-2022 [12:30]


Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1000 kubmetrinin qiyməti 1 300 ABŞ dollarını ötüb.

Mia.az xəbər verir ki, 20 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyul fyuçerslərinin qiyməti 1 350 dollara yaxın olub, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR