Ramiz Həsənov: “Premium Euro-95” və “Euro-98” benzin markaları “Euro-5” standartına uyğundur”

img

09-04-2014 [12:52]


Azərbaycana yeni gətirilən "Premium Euro-95” markalı benzininin laboratoriya analizləri aparılıb.

Bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

O bildirib ki, ölkəyə yeni gətirilən "Premium Euro-95” və "Euro-98” benzin markalarının "Euro-5” ekoloji standartının tələblərinə uyğun olduğu barədə ona məlumat verilib: "Euro-92” benzini isə Azərbaycanda istehsal olunur. Bu benzin də bizim hazırladığımız standarta uyğun gəlir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA