Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul olunub
30-05-2022 [17:20]
Beynəlxalq Əmək Konfransının 110-cu sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin əmək nazirlərinin videokonfrans formatında iclası keçirilib.
Mia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, nazir Sahil Babayevin sədrliyi ilə keçirilən iclas COVID-19 kontekstində Qoşulmama Hərəkatı ölkələrində ortaya çıxan çağırışlarla bağlı sosial sahədə, habelə əmək bazarı və əmək hüquqlarının təminatı, işçilərin, həssas qrupların sosial müdafiəsi ilə bağlı fəaliyyət istiqamətlərinə həsr olunub.
S.Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) layiqli əmək konsepsiyasına əsaslanan sosial ədalətin bərqərar edilməsinin Qoşulmama Hərəkatı üçün də ən mühüm istiqamətlər olduğunu, 60 ildir fəaliyyət göstərən Hərəkatın əhəmiyyətinin son zamanlar yeni çağırışlarla daha da artdığını qeyd edib.
Nazir Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsində ardıcıl səylərini diqqətə çatdırıb. Ölkəmizin təşəbbüsü olan, Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamənin ötən ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasında qəbul edildiyini bildirib.
Nazir Azərbaycanın pandemiya ilə mübarizə üçün Qoşulmama Hərəkatına üzv dövlətləri də daxil olmaqla 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, bir sıra ölkələrə təmənnasız olaraq peyvəndlər verdiyini və s. bildirib.
Azərbaycanda əldə olunan nailiyyətləri qeyd edən S.Babayev son 3 ildə ölkəmizdə 4 milyon insanı əhatə edən 3 sosial islahat paketi həyata keçirildiyini, əlavə olaraq illik 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) vəsait ayrıldığını deyib. Həmin dövrdə sosial müavinətlərin 2,7 dəfə, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 75 faiz, minimum əmək haqqının 2,3 dəfə, əmək haqqı fondunun 2,2 dəfə artdğını bildirib.
Yeni istifadəyə verilən “Əmək və məşğulluq” e-sisteminin əhəmiyyətini, 154 növ sosial xidmətin vahid platformadan şəffaf və operativ şəkildə təqdim edildiyi DOST mərkəzlərinin yüksək vətəndaş məmnunluğu əldə etdiyini diqqətə çatdırıb. Əmək, məşğulluq, sosial müdafiə üzrə 110 xidmətin tam avtomatlaşdırıldığını, onların yarısısının proaktiv xidmətlər olduğunu bildirib.
S.Babayev 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın otuz illik işğalından azad edildiyini, Ermənistan tərəfindən xarabalığa çevrilmiş həmin ərazilərdə smart konsepsiyalar əsasında aparılan yenidənqurma və bərpa işlərini diqqətə çatdırıb.
Daha sonra iclasın gündəliyi qəbul edilib, BƏT-in Baş Direktoru Qay Rayderin, üzv dövlətlərin nümayəndələrinin çıxışları olub, ümumi müzakirələr aparılıb. İclasın yekunu olaraq Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul edilib.
Bəyannamədə COVID-19-un mənfi təsirlərinin aradan qaldırılması istiqamətində birgə səylərin artırılmasının, həmrəyliyin, əmək bazarı islahatlarının davam etdirilməsinin, xüsusilə həssas qrupların əmək bazarına inteqrasiyasının gücləndirilməsinin xüsusi önəmi ifadə edilir. Əmək, məşğulluq, sosial müdafiə sahələrində innovativ yeniliklərin, rəqəmsal platformaların və əlaqəli texnoloji yeniliklərin geniş şəkildə tətbiqinin, sosial dialoqun, yeni strategiyaların hazırlanmasının əhəmiyyəti, aktiv məşğulluq proqramlarının genişləndirilməsi zərurəti və s. qeyd edilir. Əmək bazarı islahatlarında BƏT-lə fəal əməkdaşlıq təşviq olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi