"Bakcell"dən daha bir oğurluq

img

08-04-2014 [12:47]


"Bakcell”in kredit xidməti təkcə rəsmən sələmçi funksiyasını yerinə yetirmir. Bu xidmət abunəçilərin açıq şəkildə ciblərinə girməklə məşğul olur.

Bu sözləri Mia.az -aqəzetdə işləyən həmkarlarımızdan biri deyib. Onun sözlərinə görə, "Bakcell" şirkəti dünən götürdüyü bir manatlıq kreditə görə, bu gün ondan 1.50 qəpik pul tutub: "Anlamıram, 1 manat kreditə görə xidmət haqqı və faiz olaraq indiyədək 20 qepik tutulduğu halda, nədən məndən 50 qəpik saxlayıblar? Əlavə tutulan 30 qəpiyin izahatını necə verəcəklərni maraqla gözləyirəm".

Həmkarımız bununla bağlı şirkətlə əlaqə yaratmadığını da dedi: "Mənası varmı? Ötür-ötürlə günümü 30 qəpiyə həsr edə bilmərəm. Sadəcə sizə məlumat verdim ki, şirkətin yalançı xeyriyyəçilik aksiyalarının, əslində, bir tələ olduğunu cəmiyyət bilsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA